Pandemiya dövründə min nəfər məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb

Pandemiya dövründə 1 000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə keçirilən videokonfransda bildirilib.

429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Qeyd edək ki, Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar