15 yaşlı oğlan Kürdə batdı

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.

635x100

Şərhlər

t.ədalət 2020-07-07 18:45:11

Bir tərəfdə deyirlər ki,Kür çayı quruyub,digər tərəfdə isə Kür çayı yenə can alır.Hansına inanaq?

Son yazılar