Bakıda karantin qaydalarını pozaraq işləyən kafe aşkarlandı

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər.

DİN-dən bildirilib ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar