"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı - FOTOLAR

"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib", məlumatda bildirilib.

635x100

Şərhlər

Mehdi 2020-07-07 17:57:02

Sakit oturub öz zəhmətləri ilə yasaya bilmirlərdəə. Gərək həftə səkkiz mən doqquz bunlari ruslarmi,ukraynalilarmi uzu ustə yerə yixib aqizlarini zir zibilə surtələr.Gedin halal cörəyinizi qazanin dəə.Sahibkarlar və yaxud diger insanlar sizin dədənizə borcu var?

Son yazılar