İran koronavirusa yoluxanların sayına görə TOP-10-a düşdü

Dünyada koronavirusa yoluxma sayına görə TOP-10 ölkələrin siyahısında dəyişiklik baş verib.

“Report”TASS-a istinadən xəbər verir ki, İtaliya ilk “10-luğ”u tərk edib, onun yerini isə İran tutub. Avropa ölkələri arasında TOP-10-da yalnız Böyük Britaniya (7-ci yer) və İspaniya (9-cu yer) qalıb.

Dünyada koronavirusa yoluxanların sayına görə lider olan ABŞ-da xəstələrin ümumi sayı artıq 3 milyonu keçib, koronavirus səbəbi ilə 130 mindən çox adam ölüb.

Eyni zamanda sıralamada üçüncü olan Hindistanda yoluxanların sayı artıq 700 mini, ölənlərin sayı isə 20 mini keçib.

Koronavirusun Asiyadakı əsas ocağı olan Hindistanla yanaşı, infeksiya Cənubi Asiyanın bir sıra digər ölkələrində, eləcə də Yaxın və Orta Şərqdə sürətlə yayılmağa davam edir.

İran COVID-19 xəstələrinin sayında 245 min nəfər göstəricisini keçməklə siyahıda 10-cu yerə çıxıb. Bu, üç ay əvvəl siyahıda liderlərdən biri olan İtaliyanın (241,8 min yolxuma) 11-ci yerə düşməsi ilə nəticələnib.

İranda koronavirus səbəbindən ölənlərin sayı 11,9 mini ötüb – bu, dünyada 9-cu göstəricidir.

Yoluxanların sayında sürətli artım həmçinin Pakistan (234,5 min nəfər, dünyada 12-ci yer), Səudiyyə Ərəbistanı (213,7 min, 13-cü yer), Banqladeşdə (168,6 min, 17-ci yer) davam edir.

Türkiyədə vəziyyət sabitləşir - son bir həftədə orada gündəlik 1,1 min yeni yoluxma hadisəsi aşkar edilir. Yoluxanların ümumi sayına (205,7 mindən çox insan) görə ölkə dünyada 14-cü yeri tutur.

İraqda yoluxanların sayı 60 min nəfər həddini aşıb.

Ümumilikdə pandemiya zamanı 11,7 milyondan çox insan koronavirusa yoluxub, 541 mindən çox insan COVID-19-un qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar