İranda daha 200 nəfər pandemiyanın qurbanı oldu

İranda son 24 saat ərzində daha 2637 nəfərin virusa yoluxması aşkar edilib, 200 nəfər həyatını itirib.

Məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, bununla da ümumilikdə yoluxanların sayı 245 min 688 nəfərə, ölənlərin sayı isə 11 min 931-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 207 min nəfər evə buraxılıb. Müalicəsi davam edən 3270 xəstənin vəziyyəti ağır olaraq qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar