Siyavuş Novruzov oğlunu imam Əli ilə müqayisə etdi

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin regional siyasət komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə oğlu Seymur Novruzov barədə danışıb.

“İstərdim ki, oğlum imtahan verib Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasına daxil olsun. Özü istəmədi. Sonra ona Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim keçməsini təklif etdim. Bunu da istəmədi. Mən özüm "rütbəli şəxsəm" ona görə də ona bu təklifi etdim. Ancaq indi oğlumuz üçün peşə seçimi məsələsini onun ixtiyarına verdik. Qərar versin.

O yarışlara qatılmasa da, çox yaxşı boksçudur. Oğlum elə ədalətli bir insandır ki, bəzən mən ondan öyrənirəm. Özündən daha zəif birini döyə bilmədiyini deyir. Bu dərəcədə o, ədalətli insandır. O bu xasiyyətdə babasına - atama oxşayıb. Atam da eynən belə idi. Oğlum bir qarışqanı belə incitməz. Eşitdiyimə görə, yalnız İmam Əli belə bir ədalət duyğusuna sahib olub", - Siyavuş Novruz qeyd edib. 

(Mediapost)

635x100

Şərhlər

pensioner 2020-07-08 10:40:21

Özü isə müqayisə edilməzdir.

Kripton 2020-07-08 10:10:55

Oxuduqca, adamın əti tökülür

Qiyas 2020-07-08 07:59:50

Biabırçıdır. Onun yeri Məştağadır,dəlixana. Başqası olsa atardılar onu dəlixanaya

Nizam 2020-07-08 07:52:42

Bu uşaq niyə dədəsinə öyüd-nəsiyət vermir ki,ay dədə niyə gic-cig sənə aid olmayanları danışıb bizi söydürürsən?

Şaiq 2020-07-08 07:41:56

Qarışqa məsələsini eşitməmişəm. Kitablardan oxumuşam ki, igid, gözəl, ağıllı sərkərdə olub. O qədər güclü olub ki, yaınız ona məxsus oıan haça uclu Zülfüqar qılıncı ilə bir həmlədə başı bədəndən ayırırmış.

Eko 2020-07-08 07:27:46

Aha .....

Ələmdar 2020-07-08 02:00:22

Deməli buradan belə nəticə çıxır ki,Siyaquş özünü (əstəğfürallah)həzrət ƏLİ-yə bənzətmək düşünüb.Belə insanları Allah (Allaha acıq getməsin) niyə yaradıb yaşadır?

Mehdi 2020-07-07 23:24:13

Oqlunu görun kimlə muqayise edir.....Bu deyesen yenə keflidi.Bu adam duzələn deyil.

BAKILI 2020-07-07 22:50:42

Bu artiq cawib

Vətəndaş 2020-07-07 22:27:40

Doğrudan biz pis gündəyik. Bizim deputatımız,söz sahibi nə bilim YAP-ın rəisi Siyavuş. H...Bizim axırımız yaxşı olmayacaq.

Bashirov Qarib 2020-07-07 22:18:05

Yeziddən sonra oglu ikinci Muaviyyə taxt-tacdan könullu əl çəkir ki, bu bizim haqqımız deyil.Bu tarixi faktdır.Ola bilsin ki, Siyavuş muəllimin də oglu çox ədalətli oldugundan belə qərar verib.

Son yazılar