Tramp ÜST-lə əlaqələri kəsmək üçün Konqresə bildiriş göndərib

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə senator Bob Menendes deyib.

“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.

Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar