"RUSLAR MÜTƏLLİBOVA QORXAQLIĞINI BAĞIŞLAMADILAR..." - “Surət Qraçovun agenti idi”

Rəsul Quliyevi: "Surət Hüseynovun verdiyi məlum müsahibə onun boş başının məhsuludur"

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynovun Meydan.TV-yə verdiyi son müsahibəsi ətrafında yaranan qalmaqal səngimək bilmir. AXC iqtidarının rəhbərliyi barəsində sensasion ittihamlar irəli sürən S.Hüseynov Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevi də “unutmayıb”.

Müsahibədə 1994-cü ildə parlamentdə R.Quliyevin sədrliyi ilə keçirilən iclasda Milli Qəhrəman adının alınması barədə deyilənlərlə razılaşmayan sabiq baş nazir bütün bunların sabiq spikerin oyunları olduğunu söyləyib: “Məndən heç kəs milli qəhrəmanlığımı almayıb. Milli Məclis başından yekə səhv edir. Bu, Rəsul Quliyevin oyunları, tamaşası idi. Onların bunu etmək üçün heç bir ixtiyarları yox idi. Konstitusiyada Milli Məclisə elə bir səlahiyyət verilməyib. Milli Qəhrəman adı o zaman götürülür ki, prezident məhkəməyə müraciət edir və məhkəmə də qərar qəbul edib, adı səndən alır. Bu hal isə məndə olmayıb”.

S.Hüseynovun dedikləri ilə bağlı “Yeni Müsavat”a danışan R.Quliyev ona ağır cavab verdi: “Surət Hüseynova nə qəhrəman adının verilməsindən, nə də polkovnik rütbəsi almasından xəbərim olub. Milli Qəhrəman adının Milli Məclisin iclasında alınması iddiası yadıma, ümumiyyətlə, gəlmir. Çünki məlum iclasda onun məsələsi heç bir əhəmiyyət kəsb etmirdi. Ümumiyyətlə, nə sovet vaxtı, nə də müstəqil Azərbaycanda orden, medal məni heç vaxt maraqlandırmayıb. Ona görə də heç bir orden, medalım yoxdur. Surət Hüseynovun Meydan.TV-yə verdiyi məlum müsahibə onun boş başının məhsuludur. Onun özü birbaşa Rusiya Federasiyasının, lap dəqiq desək, müdafiə naziri Qraçovun agenti idi. 

Surət Hüseynovu Moskvadan Baş Kəşfiyyat İdarəsi (QRU) idarə edirdi. Bunu rəhmətlik Əbülfəz Elçibəy hökuməti bilirdi və onu öz aləmlərində şirnikləndirmək üçün ona polkovnik rütbəsi verdilər, daha sonradan isə Milli Qəhrəman adına layiq gördülər. Bütün bunlara baxmayaraq, Surət Hüseynov şirniklənmədi, əksinə, 4 iyunda ağalarının əmrini yerinə yetirdi. Əmr isə belə idi: Elçibəy rejimini yıxmaq və Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək. Sözsüz, plan və proqramı birbaşa QRU hazırlamışdı. Ancaq onlar bu hökumətin bu səviyyədə zəif olduğuna, xalqın dəstəyini itirməsinə inanmırdılar. Bir sözlə, Rusiya Mütəllibova Gəncəyə getmək və çevrilişə rəhbərlik edib prezidentliyini bərpa etmək təklifini etdi. Hətta təyyarə belə hazır dayanmışdı. Ancaq təbiətcə qorxaq olan Mütəllibov ”Hüseynov Bakıya gedib onları qovsun, sonra məni çağırsın" dedi. Bir sözlə, Surət Hüseynov gəldi, baş nazir oldu. Ruslar Mütəllibova qorxaqlığını bağışlamadılar və prezident Heydər Əliyevlə hesablaşmağa məcbur qaldılar. Əsas məsələ neft kontraktları idi. Rusiya bu kontraktlardan böyük pay götürmək istəyirdi. Bu kontraktlarda Rusiyanın rolu nədən ibarət olmalıdır mövzusunda mərhum prezident Heydər Əliyevlə mənim düşüncələrim üst-üstə düşürdü. Qısası, neft kontraktlarında Rusiya pay ala bilmədi. Bu səbəbdən də Rusiya Surət Hüseynova yenidən iğtişaş salıb, çevriliş etmək tapşırığını verdi. Bu prosesə Cavadovlar da qoşuldu. Xüsusilə Heydər Əliyevin Bakıda olmamasından da istifadə edib bir neçə tanınmış şəxsləri qətlə yetirməklə iğtişaş salmaq istədilər. Prezident ölkədə olmadığından parlament sədri (ölkənin ikinci şəxsi) və ölkəyə cavabdeh qalmış səlahiyyətli kimi mən çox operativ tədbirlər gördüm. Televiziyaların, hökumət idarələrinin hamısını silahlı qüvvələrlə nəzarətə götürdüm. Bir sözlə, Surət Hüseynovun vəzifədən çıxarılması məsələsi aktuallaşdı. Atılmış bütün qanunazidd əməlləri ifşa edildi".

R.Quliyev Milli Məclisin tarixi iclasından da danışdı: “Surət Hüseynov Milli Məclisə gəldi. Ona axıra qədər sözünü deməsinə şərait yaradılmasını tələb etdi. Televiziyada birbaşa canlı yayım istədi. Hər iki tələbin yerinə yetiriləcəyi barədə ona söz verdim. Yeganə olaraq televiziyada iclas qurtarandan sonra olduğu kimi veriləcəyini dedim. Bir sözlə, iclas başladı. Surət Hüseynov primitiv ağlının məhsulu olan çıxışını etdi. Belə bir ağıl sahibinin 1 il baş nazir olması və Rusiya kimi bir dövlətin bu ağıl sahibinə ”stavka" etməsi məndə çox böyük təəccüb doğururdu. Hüseynov çıxışını bitirdikdən sonra deputatlara söz verdim. Çox təəssüf edirəm ki, heç kim danışmaq istəmirdi. Çox ehtimal hamı ehtiyat edirdi. Mən çıxış etdim. Onun bir ildə buraxdığı səhvləri, törətdiyi qanunsuz əməlləri bir-bir söylədim, səsə qoydum və vəzifədən azad edildi. Heç bir Milli Qəhrəman mövzusu ortaya çıxmadı və çıxa da bilməzdi. Milli Məclisin növbədənkənar toplantısından sonra onun qolundan tutub kabinetimə qaldırdım. 

O yazıq-yazıq mənə “indi mən nə edim?” deyə sual etdi. Mən də “get prezidentin qəbuluna, xahiş et, səni bağışlayıb, bir iş versin” dedim və Heydər Əliyevə zəng edib onu qəbul etməsini xahiş etdim. Bütün bunlar bir tarixdir. Vətəninə, millətinə və dövlətinə Rusiyanın və birbaşa QRU-nun tapşırıqları ilə xəyanət etmiş birisi abırına bükülüb sussa, daha yaxşı olar, təbii ki, abrı varsa... Bəlkə də köhnə sahiblərindən yeni aldığı sifarişlər mövcuddur. Hər halda, bir xalq olaraq ayıq-sayıq olmaq zamanıdır".

635x100

Şərhlər

Ədalət 2020-07-10 16:18:32

Rəsul Quliyevi tanıyanlarin ,onunla işləyənlərin hamisi onnan raziliq edir.Rəsul məllim kişi adamdır.

Ədalət 2020-07-10 15:28:32

Rəsul Quliyevi tanıyanlarin ,onunla işləyənlərin hamisi onnan raziliq edir.Rəsul məllim kişi adamdır.

Raquv 2020-07-10 12:53:27

RESULDAN B|R S0RUSAN Y0XDUK| -AY QARDAS AZ QALA 0MRUNUN YAR|S|N| AMER|KADASAN BES SEN BU QEDER VAR D0VLET| HARADAN ALM|SD|N!

Deyerler 2020-07-10 02:53:04

Resul Quliyev ağ yalan danışır.....ı. Resul Quliyev özu fürsetci, şexsi menfeetperest bir adamdı. Umumiyyetle deyirem ki Resul Quliyevin bütün danisiqlarinin ekseriyyeti yalan ve iftira üzerinde qurulur.

Zemanə 2020-07-09 23:02:13

Primitiv agilin mehsulu-maraqli mentiq!

Eli 2020-07-09 17:20:41

Mütellibovu ruslar bağışlamadı зато bizimkiler bağışladı.Yeqin bir xidmeti olub ki,bağışlayıblat.Allah şeytana lenet elesin

Səid. 2020-07-09 12:05:05

Hörmətli jurnalistlər, zəhmət olmasa müsahibəkərinizdə Sürət Hüseynovdan qiyam dövründə Türkiyənin hansı diplomatı ilə görüşdüyünü soruşun! Görüşdə tərəflərin nə müzakirə etdiyini, nədə razılaşdığını və nə qazandığını soruşun. Bu çox mühüm məqamdır Sürət Hüseynov qiyamından.

Eli 2020-07-09 10:57:44

Ruslar Mütellibovu bağışlamadı зато biz bağışladıq.Axı onun tarixi “xidmetleri millet ve dövlet qarşısında “danılmazdır”hoxsa onu kim bağışlardı.Me size bir şey deyim bizim yaxın tariximizde üç adam mütleq qalacaq-Ayaz Mütellibov Rehim Qazıyev ve Süret Hüseynov-ancaq qara leke damğa kimi

Soltan 2020-07-09 09:54:55

Rəsul m. zəhmət olmasa izah edin bəs 5 rayonu həmin ərəfədə Rusiya nəyə görə işğal etdi? Aydındır ki, ermənilərin buna cürəti çamazdı! Ruslar onları məcbur etmişdi. Rəsul m. qorxaq deyilsənsə, səmimi cavab ver, ya da bəsdir bu "bədbaxt" xalqı ələ salmağınız! Yetər! İnsafınız olsun! Rəsul m. təkrar edirəm: 5 rayonu həmin ərəfədə Rusiya nəyə görə işğal etdi? REDAKTORA! Şərhimi redaktə edib eybəcər hala salma!!

ejder 2020-07-09 02:26:28

AYE BU ,,TAMAWA,,NI KIMIN GOSTERIWILE QURMUWDUN...

musa 2020-07-09 00:22:12

surat kimi ....i an yaxshi halda omurluk zindana salmaq lazimdir

Mehdi 2020-07-08 14:55:15

Bir azda özun barədə danis,sən ölənlərinin göru.Allah hamisina rəhmət eləsin. Mənim yaxsi yadimdadi , isdən cixanda səni cox hörmətnən, izzətnən uzundən gözunden öpub marc murc eliyib yola saldilar.Axi sonra nə bas verdiki cox uzun geder gəlməzə getdin və dusmən elan olundun.Bir az onlardan danis neynirsen Suret burdan getdi,Cəbhə ordan getdi və sairə.80 yasina az qalib,prezidentə yalvar xahis elə qoy seni əhv elesin cix gel ölkəyə Ayaz kimi.

t.ədalət 2020-07-08 12:38:41

Surət,həm də Nemət Pənahlının agenti idi.

Amon 2020-07-08 12:12:52

Suret huseynov vetene xeyanete gore hebs olunub.ozune hormet qoyan jurnalist hansisa tv onnan musahibe goturmeknen boyuk sehv eliyib

Soltan 2020-07-08 11:51:04

Rəsul m. zəhmət olmasa izah edin bəs 5 rayonu həmin ərəfədə Rusiya nəyə görə işğal etdi? Aydındır ki, ermənilərin buna cürəti çamazdı! Ruslar onları məcbur etmişdi. Rəsul m. qorxaq deyilsənsə, səmimi cavab ver, ya da bəsdir bu "bədbaxt" xalqı ələ salmağınız! Yetər! İnsafınız olsun! Rəsul m. təkrar edirəm: 5 rayonu həmin ərəfədə Rusiya nəyə görə işğal etdi? REDAKTORA! Şərhimi redaktə edib eybəcər hala salma!!

Son yazılar