Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu - İdarə karantinə alındı

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur.

Deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:

“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.

635x100

Şərhlər

Elii 2020-07-08 16:20:20

100%

Məik 2020-07-08 14:29:36

Yaxşı gəlirli sahədə işlə təmin olunub.Belədir də,Azərbaycanda iyaxşı işlə təmin olunmaq yalnız deputatların,İcra başçıları,və digər vəzifəlilərin oğlu,qohumu,qudası olmlısan.Yoxsa diplomun,biliyin.acarığın,təcrübənin bun adəxli yoxdur.Gedib bazarlarda kartof satmalısan,ya da körpülər altında hamballıq edəsən.Bax,biz belə cəmiyyət qurub inamla irəli gedirik.analoqsuz inkişaf edirik.

Yusif 2020-07-08 12:37:28

Bu və bunun kimilər vəzifələrin böyütmək üçün girənliklə məşğuldurlar. Onların o qədər haram pulları var ki xəstəlik təsir edə bilməz onlara

Son yazılar