COVİD-19 virusunun mənşəyi barədə yeni versiya – “Bəzən onları nə isə aktivləşdirir”

Koronavirus tipli xəstəlik törədiciləri «heç vaxt əmələ gəlmirlər və heç yerə getmirlər - onlar hər zaman buradadırlar və hərdən onları nə isə aktivləşdirir». Belə bir versiyanı Oksford sübutedici təbabət Mərkəzinin əməkdaşı, professor Tom Cefferson irəli sürüb («The Daily Telegraph»).

Alimin fikrincə, SARS-CoV-2 virusu böyük ehtimalla, Uhandakı laboratoriyada yaradılmayıb. «Bu virus «yatıbmış», təbii amillərin müəyyən sıralanması şəraitində «oyanıb». Dünya əhalisinin sıxlığı və ya ətraf mühit şəraiti trigger rolunu oynayıb» - Cefferson bildirib.

O, xatırladıb ki, Çində meydana çıxana qədər virus dünyanın müxtəlif hissələrində qeydə alınıb - ötən ilin yazında onu Barselonanın tullantı sularında, İtaliyanın Milan, Turin şəhərlərinin və Braziliyanın Florianopolis şəhərinin suyunda aşkarlayıblar.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun Çin hüdudlarından kənarda yarandığını istisna edirdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar