Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verdi

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarı ilə bağlı kassasiya şikayəti verib.

“Report” xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Cahangir Hacıyevin ərizəsini Qaradağ rayon Məhkəməsi təmin etməyib, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə təqsirli bilinərək, əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb və barəsində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

635x100

Şərhlər

Şəki Bazar ASC-nin Səhmdarı 2020-07-08 17:12:47

Cahangir Hacıyev hansı üznən məhkəməyə müraciət edir ? Törətdiyi cinayətə görə ona cəza düzgün verilməmişdir, çünki ssri dönəmində belə adamlara əmlakları müsadirə olunmaqla Ölüm hökmü verilərdi.. Şəki Bazar ASC-i Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadəyə məxsusdur, 20-ildir ki, onun üzünü səhmdarlar görə bilməyib, yaranmış acınacaqlı vəziyyət haqqında sözünü desin... Şəki Bazar ASC-ni savadı və təhsili olmayan, qolu zorlu, Mollalıqla məşğul olan şəxsi,Eldəniz Hacıağayevi qanunsuz yolla direktor vəzifəsinə, dəmirçiliklə məşğul olan adamı isə Baş mühasib vəzifəsinə təyin etməklə ildə ən azı 600,0 - 700,0 min manat vergidən yayınmasına baxmayaraq aidiyyatı qurumlar tərəfindən göz yumulur, səbəbini bilmirik ? C.Hacıyev həbsdə olmasına baxmayaraq onu n obyektləri pul qazanır, milyonları vergidən yayındırırlar ....Şəki Bazar ASC də korrupsiya hökm sürür və bu səbəbli DTX - i Şəki Bazarınada baş kəçməlidir və səhmdar kimi xahiş edirik.. Uzun illərdir ki, Səhmdarlar qanuni dividentlərdən məhrum olmuşuq...

Son yazılar