Neft nəhəngi neftin ucuzlaşacağını proqnozlaşdırır – 10 dollar...

İtaliyanın enerji nəhəngi “Eni” şirkəti iyulun 7-də özünün uzunmüddətli neft qiyməti proqnozunu azaldıb. Şirkətin məlumatında deyilir ki, bu, koronavirus pandemiyasının qlobal iqtisadiyyat və enerji sənayesi üzərinə “davamlı təsirinə” görə edir.

BP və “Shell” şirkətlərinin qiymət proqnozlarını azaltmasından bir neçə həftə sonra “Eni” şirkəti də 2020-2024-cü illər üçün proqnoz qiymətini dəyişib. “Eni” bildirir ki, 2023-cü il üçün Brent markalı neftin bir barrelinin 60 dollar olacağı gözlənilir. İtaliya şirkəti bundan əvvəl bir barrel üçün 70 dollar qiymətinin proqnozunu vermişdi.

“Eni”-nin təxminlərinə görə, 2020-2022-ci illərdə neft qiymətləri müvafiq olaraq 40 dollar, 48 və 55 dollar olacaq. Bundan əvvəl bu rəqəmlər 45, 55 və 70 dollar idi. Neft qiyməti proqnozlarını azaltmaqla yanaşı “Eni” bildirib ki, özünün karbon emissiyasının azaldılması və enerji keçidi siyasətinlərə sadiq qalır.

“Eni”-nin rəhbəri Klaudio Deskalzi deyib ki, onun şirkəti karbonsuzlaşdırma prosesində qlobal lider olmağa can atır:

“Bu davamlı təkamül şirkətə daha balanslı portfolioyaya nail olmaq, karbohidrogen qiymətlərinin qeyri-sabitliyinə daha yaxşı hazır olmaq və eyni zamanda mənfəətliliyin saxlanması hədəflərinə doğru hərəkət etmək imkanı verəcək”.

Ötən ay BP bildirmişdi ki, Brent neftinin bir barrelinin 2021 və 2050-ci illər arasında 55 dollar civarında olacağını təxmin edir. (Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar