Baş Prokurorluq Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son günlər ərzində bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilmişdir.

Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir.

Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaqdır.

635x100

Şərhlər

Emin 2020-07-09 09:01:51

Mən yurist deyiləm Amma kənardan mən baxan da bu məsələni siz "hüquqşünaslardan" daha yaxşı hiss edirəm

t.ədalət 2020-07-08 19:58:35

Camaat fikirləşir ki,cinsi yetməzliyi olan İlkin Süleymanov belə bir cinayətə girməz.Tovuz rayon hüquq-mühafizə orqanları da gəzən söz-söhbətə təkan verirlər.Guya,rayonda işləyən,güclü arxası olan birisi bu cinayəti törədib və yiyəsiz İlkinin üstünə atıb.Adamlar,yaxı bilirlər ki,Bakıda Elinanı öldürənlər də cinayətlərini ört-basdır edib cəzadan kənarda qalıblar.

Qulu 2020-07-08 19:19:31

Rüstəm Usubovun bostanına daş atanlara möhtəşəm cavab.

Son yazılar