DAHA İKİ RAYONDA XÜSUSİ KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLDİ - Baş Nazir qərar imzalayıb

Goranboy və Göygöl rayonları xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar sırasına daxil edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejimini sərtləşdirilib.

Daha öncəki qərara əsasən, sərt karantin yalnız Goranboy və Göygöl şəhərlərinə aid idi. Bu gün verilən qərara əsasən isə, sərtləşdirilmiş xüsusi karantin rejimi hər iki rayonun bütün ərazisinə aid olub.

Qeyd edək ki, qeyd olunan şəhər və rayonlarda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

635x100

Şərhlər

Vətəndaş 2020-07-11 21:30:47

Bunun öz fikri yoxdur ki" Nə gətirsələr imzalayır.Düşünmür ki,bu əssszdır.

enes 2020-07-09 12:56:21

...............

sss 2020-07-09 12:49:38

https://www.instagram.com/p/CCahTnkpdfq/?igshid=1c3xr3vhu3am4

safar nicat oglu 2020-07-09 12:25:25

sirvan, shamaxi, guba,gusari niye yaddan cixarmisiz

Son yazılar