Ziya Məmmədovun qardaşına medal verildi - FOTO

AMEA-nın İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor Elton Məmmədovu təbrik edib.

Təqdimatda professor Elton Məmmədovun Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçildiyi və medala layiq görüldüyü bildirilib. Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü seçildiyi qeyd edilib.

Professor Elton Məmmədov da öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.

635x100

Şərhlər

t.ədalət 2020-07-09 21:48:40

Medallıları çox olan ölkənin inkişafı ləngiyər.

Əliyev F.F 2020-07-09 16:11:03

Təbrik edirəm Cansağlığı ilə

ayrım 2020-07-09 15:21:58

Saxtakarlıq deyəsən türk akademiyasını da bürüyüb. Elton Məmmədovun elmə verdiyi tövhə deyəndə bu arkadaşlar görəsən nəyi nəzərdə tutur. Paranın hökmünə bax ya.

Vusal 2020-07-09 14:17:25

Niyə şərhi vermirsən ? eltondan nə qədər almısan yoxsa ona isləyirsən ? Zatən bu sayt həmişə məmmədovları tərifləyir xüsusəndə bu eltonu.

Vusal 2020-07-09 13:57:54

Beynəlxalq Avtovağzalda Əli Alıyevlə işcilərin maaşın kəsən Elton görəsən o işcilərdən halalıq alıbmı ?

Vusal 2020-07-09 13:31:32

Beynəlxalq Avtovağzalda Əli Alıyevlə işcilərin maaşın kəsən Elton görəsən o işcilərdən halalıq alıbmı ?

Son yazılar