Yardımlıda 15 tondan çox narkotik bitki məhv edildi

Yardımlı rayonunda çətənə kolu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1 550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kq çəkidə 38 750 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-09 16:54:53

Yabanı olar bir-iki 38750-ədəd yabanı olmur.Bu toxum haradan tökülüb ora.

Son yazılar