“Milli Məclisdə tənqidə dözümlülük artıb” – Qüdrət Həsənquliyev

“Milli Məclis yaz sesiyasını pandemiya dövründə keçirdi və bu, sözsüz ki, bizim işimizə mənfi təsirini göstərdi. Komitə iclasları əsasən video konfranslar formatında keçirilirdi. Bəzən iclasları tez yekunlaşdırmağa çalışırdıq. Amma bütün bunlara baxmayaraq, bir çox müsbət dəyişiklikləri də qeyd etmək istərdim”.

Bunları deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Milli Məclisin yaz sesiyasının yekunları barədə danışarkən deyib.

Deputatın fikrincə, Milli Məclisdə təşəbbüskarlıq və sağlam tənqid, həmçinin müəyyən istisnalarla sağlam tənqidə dözümlülük artıb. “Deputatlara imkan yaradılırdı ki, seçicilərinin problemlərindən danışa bilsin. Hətta bəzi həmkarlarımız bundan narahatçılıqlarını ifadə edirdilər ki, destruktiv qüvvələr problemlərin səsləndirilməsindən sui-istifadə edir. Mənim fikrim bu məsələdə ondan ibarətdir ki, seçici görməlidir ki, onun deputatı onun problemlərindən danışır. Əks halda, o, dinləməyə onun problemlərindən danışılan başqa auditoriya axtaracaq, başqasını öz maraqlarının təmsilçisi kimi görəcək”.

Q.Həsənquliyev yeni seçilən deputatların bəzən həddən artıq iddialı çıxışlar etmələrinə belə münasibət bildirib: “Yeni seçilmiş deputatlara gəldikdə isə, bəzilərinin iddialı danışması heç kimi narahat etməməlidir, əksinə, sevindirməlidir.Təki onlar yaxşı parlamentar kimi özlərini təsdiq edə bilsinlər. Deputatın işi o olmamalıdır ki, seçicisinin gündəlik qayğıları ilə birbaşa məşğul olsun. Bunun üçün icra orqanları, bələdiyyələr var. Deputat problemlərin nədən qaynaqlandığını öyrənməli, seçiciləri üçün firəvan həyatı, qanunun aliliyini təmin edəcək qanunvericilik bazasının yaradılmasına öz töhfəsini verməlidir. Yeni seçilmiş deputatların əksəriyyəti parlamentin işinə fəal formada qatılıb və bu da bizi sevindirməyə bilməz”. 

Partiya sədri “fəallığı ilə seçilən yeni deputatların adını çəkə bilərsinizmi” sualına belə cavab verib: “Əlbəttə, çəkə bilərəm. Amma mənim qiymətləndirməmdə yalnız fəallıq yetərli deyil. Onun qaldırdığı problemi, yaxud müzakirə olunan məsələni dərindən bilməsi, çıxış etdiyi məsələnin aktuallığı və öz təklifini əsaslandırma bacarığı önəmlidir. Bu baxımdan Nigar xanım, Razi bəy, Afət xanım, Etibar bəy diqqətimi çəkib. Sözsüz ki, bu siyahını daha da artırmaq olardı, amma bu şəxslər ilk yadıma düşənlər oldu”.

635x100

Şərhlər

BAKILI 2020-07-09 14:54:28

Cunki qurur diyilen bir wey qalmayib

Son yazılar