Azərbaycanda daha bir hakim vəfat etdi

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.

“Report” xəbər verir ki, uzun müddətdir onkolji xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar