“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub

Tibb işçiləri üç ay ərzində Qazaxıstanın qərbində yerləşən “Tengiz” neft-qaz yatağında 2 160 koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alıb.

“Report”un “İnterfax-Qazaxıstan” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, aprelin 8-dən yataqda 2 160, həmçinin Atırau vilayətinin sakinləri arasında 1 809 və demobilizasiya edilmişlər arasında 351 halda koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

A.Tsoy keçirilən brifinqdə bildirib ki, yoluxma ocaqları “Tengiz” yatağındakı 36 növbə düşərgəsində və “Tengiz”də fəaliyyət göstərən 57 MMC-də qeydə alınıb

Bundan əvvəl, Atırau vilayətinin başçısı Maxambet Dosmuxambetov bildirib ki, yataqda 2 074 COVID-19 yoluxma hadisəsinin aşkarlanıb. O həmçinin qeyd edib ki, koronavirusla əlaqəli vəziyyət müəssisənin fəaliyyətinə təsir göstərməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar