“Karantin dönəmində 70 000 nəfər cərimələnib” – Kamran Əliyev

"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilir".

Bunu Unikal.org-a açıqlamasında BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbə rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, karantin dönəmində 70 000 nəfərdən çox şəxs məsuliyyətə cəlb olunub: "Ümumi statistika 70 000 nəfərdən artıqdır. Qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə təkcə iyun ayın 29-dan 5 iyul tarixinədək, yəni 6 gün ərzində 6613 nəfər, ümumi karantin rejiminin pozulmasına görə 19 225 nəfər cərimə olunub, 45 nəfər isə həbs edilib. Cərimə edilənlərdən ictimai nəqliyyatda qorucuyu vasitələrdən istifadə etmədiyinə görə 3000, 16161 nəfər sürücü və sərnişin xüsusi karatin rejiminin şərtlərini pozduğuna görə məsuliyyətə cəlb ediliblər”.

635x100

Şərhlər

Kələntər 2020-07-09 22:17:29

hökümə indiki dövrdə çox gözəl siyasət yürüdür: Xalqın bir cibindən pulunu çıxarıb o biri cibinə qoyur, Dövlətin pulunu isə onun bir cıbındən çıxarıb o biri cibinə,ostatkasını da şəxsi ciblərə doldurur.

Vətəndaş 2020-07-09 18:09:53

70000 x ortalama 100 manat=7 000 000 manat. Bu pullar hara gedir? Dyildiyinə grə büdcə hesabına daxil olmur. Hesaba alın ki. qarantin dövründ 600 000 çox cərimə olunanlar var.Bu pullar necə olur.Axı cərimələnən əsasə az təminatlı insanlardır.

BAKILI 2020-07-09 16:23:34

Malades hazirlaw yaxin gunlerde rutben artacaq

Son yazılar