Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO

Ermənistan Azərbaycanın milli sərvətlərini talamaqda davam edir.

Modern.az xəbər verir ki, bu dəfə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. 

30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək. Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında satacaq.

İlk növbədə, Qarabağada yerləşdirilmiş işğaçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı nəzərdə tutulub.

Planlarda zavodun limonad, soyuq kofe və çay istehsal etməsi də planlaşdırılır.

635x100

Şərhlər

Kələntər 2020-07-09 22:21:12

Azərbaycanın bütün təbii sərvətlərindən yalnız ermənilər bəhrələnir, xalqımız isə seyr etməklə məşğuldur - sovet dönəmində olduğu kimi.

Adiil 2020-07-09 19:11:29

Heeeee essalamun aleykum..........

Gegitadon 2020-07-09 18:31:21

Hee qardaş bacarana baş qurbznmı,can qurbanmı deyibler

Zabit 2020-07-09 18:05:13

....Ermənilər bizim torpaqlarımızda yollar çəkir.evlər tikir.məskunlaşdırma aparır.bizə məxsus olan suyu belə xaricə satmaq planlaşdırır.biz isə lazımı gözləyirik......

Xalq 2020-07-09 17:08:13

Qarabağı almaq lazımdır, çünki bütün su mənbələrimiz oradadır.

BAKILI 2020-07-09 16:16:52

Bizde byrada susuz qalmiwiq kul bizim bawimiza

Son yazılar