Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı

Mərkəzi Gömrük Hospitalı orada müalicə alan Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.

Hospitaldan verilən məlumata görə, koronavirusa yoluxan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi iyulun 8-dən Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində davam etdirilir.

"Hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya 90%, ağciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, C.Paşayevin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

635x100

Şərhlər

Kələntər 2020-07-09 22:13:10

Səhiyyəmizin indiki vəziyyətini nəzərə alaraq həkim-reanimatoloqa xüsusi qayğının göstərilməsini normal hesab edirəm.

Mamed 2020-07-09 18:38:09

Bu olmasını normal qəbuı edirəm. Cavidin pantemiya əleyhinə xidmətləri böyükdür vı inşallah tezliklə sağalıb bu sahədə əvəzsiz xidmətini davam etdirər. Amma mən də razıyam ki bu halları ictimailəşdirmək, reklam etmək olmaz.

Siracəddin 2020-07-09 18:00:58

Tək-ək adamların nəzarətə alınması doğru hal deyil.İnsanlar arasında ayrıseçkilik yaradır,ölkədə səhiyyənin vəziyyətinin pis olduğunu sübut edir.Çünki nəzarətdə bütün səhiyyə sistemi olmalı,oranın kadr,təchizat,işin təşkili daim dövlətin nəzarətində olmalıdır.Ölkə vətəndaşlar arasında fərq qoymaq doğru deyil.

Son yazılar