İtaliya Silahlı Qüvvələrində korrupsiya qalmaqalı baş verib

Roma polisinin İtaliya Silahlı Qüvvələrində korrupsiya və sui-istifadə hallarına dair keçirdiyi əməliyyat çərçivəsində 31 nəfərə qarşı müxtəlif ittihamlar irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin şəxslər arasında ölkənin Müdafiə Nazirliyinin müxtəlif rütbəli əməkdaşları ilə yanaşı, silahlı qüvvələrin maddi-texniki təminatı ilə bağlı keçirilən tender və tədarüklərdə müxtəlif yeyintilərə yol vermiş işbazlar da var.

Məsələn, silahlı qüvvələr, o cümlədən xaricdəki hərbi missiyalar üçün çadır tədarükü ilə bağlı pozuntu və talançılıq halları üzə çıxarılıb. Bütövlükdə silahlı qüvvələrlə bağlı müqavilələrin icrası zamanı 18,5 milyon avro məbləğində müxtəlif pozuntuların aşkarlandığı bildirilir.

Şübhəlilərdən 7 nəfəri barəsində ev dustaqlığı, 5 nəfəri barəsində dövlət idarələrində işləməyə müvəqqəti qadağa qoyulması, qalanlar barəsində isə dövlət idarələri ilə müqavilə əsasında sahibkarlıq fəaliyyətinə qadağa qoyulması kimi tədbirlər görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar