Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir

İyulun 13-dən Moskvada məcburi maska geyinmək rejimi ləğv ediləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib.

Aradan qaldırılan məhdudiyyətlər arasında tədris ilinin sentyabrın 1-dən başlaması, uşaq düşərgələri və əyləncə mərkəzlərinin fəaliyyətə başlaması da var. Avqustun 1-dən etibarən Moskvada teatr və kino-teatrların fəaliyyəti bərpa olunacaq.

635x100

Şərhlər

Şaiq 2020-07-09 19:37:18

Gözünüz aydın. "Böyük qardaş " ləğv edirsə bizdə də ləğv ediləcək .

Roman 2020-07-09 19:20:21

Ümid edək ki, həmişə olduğu kimi yenə də bizimkilər Mioskvanın qərarını təkrarlayarlar.

Son yazılar