UEFA-nın avrokuboklarla bağlı yeni qərarı - Rəsmi

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı qərarını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib.

Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Bu komandaların ilk oyunu da baş tutmayıb.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar