“KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB...” – “Adamları dəvət edir, hakimiyyət əleyhinə səfərbərliyə alır...” (ŞOK)

“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var” 

“Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılan müzakirələr davam etməkdədir. Mehdiyevin onu tənqid edənlərin dediklərinə reaksiyası isə bu müzakirələrə əlavə rəng qatıb.

“AzPolitika.info” bu mövzu ilə bağlı R.Mehdiyevə ilk hücuma keçənlərdən biri, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının fikirlərini öyrənib.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail bəy, Ramiz Mehdiyev özünə qarşı irəli sürülən ittihamlara cavab verib. Bu cavabı necə qiymətləndirirsiniz?

- Əgər buna “cavab” demək mümkündürsə, mən həmin cavabla tanış oldum. Çox bəsit və məntiqsiz cümlələrdən ibarət olan açıqlamasında ona qarşı irəli sürülən ittihamların heç birinə arqument və fakt əsasında cavab verə bilməyib. Ümumi söz yığınından ibarət cavab idi, guya bunun hədəfə alınması kiməsə lazımdır... Buradan çıxarılan məntiq ondan ibarətdir ki, bunun hakimiyyətlə problemləri var. Ortaya məhz belə məntiq, qənaət gəlir. Həmçinin cavab reaksiyasında “müxalifət mövqeli insanlar var” ifadəsini işlədir və böyük ehtimalla məni nəzərdə tutur. Eyni zamanda vəzifədən çıxarılmış, “vurulmuş” insanları nəzərdə tutur. Məsələn, Maksim Musayevi və Eldar Namazovu. Bir daha vurğulayıram ki, çox məntiqsiz və savadsız cavab idi.

- Elə isə gəlin konkretləşdirək, hazırda Sizin və digər şəxslərin Ramiz Mehdiyevin üzərinə getməyinizin səbəbi nədir?

- 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyevin səhhətində problemlər yarananda və ulu öndər o zaman ABŞ-ın Klivlend klinikasında müalicə alanda, Ramiz Mehdiyev yaranan situasiyadan istifadə edərək, Heydər Əliyevdən sonra hakimiyyətə gəlmək iddiasını ortaya qoydu. Ancaq bunu açıq və səmimi şəkildə etmədi. Mənsub olduğu komanda daxilində separatçı mövqe tutaraq, istəyinə nail olmağa çalışdı. Əgər belə demək mümkündürsə, komanda düzəldərək onun əli ilə ictimai rəyə özünü sırımağa başladı. O zaman Heydər Əliyev haqqında yaramaz yazıların hamısı mətbuata onun vasitəsilə ötürülürdü.

Digər tərəfdən, həmin dövrdə Rusiya mətbuatı Ramiz Mehdiyevi yüksək səviyyədə təqdim edir, onu Heydər Əliyevdən sonra Azərbaycan siyasətində ikinci şəxs kimi önə çıxarırdı. Bizə 2003-cü il prezident seçkilərində müstəqil, mötəbər mənbələrdən məlumatlar daxil olurdu ki, R.Mehdiyev həm də müxalifətlə işləyir, müxalifətlə işbirliyinə gedərək, hakimiyyəti ələ almağa çalışır. Ulu öndərin bir köməkçisi bu işdə çox önəmli rol oynayırdı. Hələ də Prezident Administrasiyasında çalışan Qafar Əliyev müxalifətlə R.Mehdiyev arasında koordinator rolunda çıxış edirdi.

Ramiz Mehdiyevin xəyanət xarakterli niyyəti, müxalifətlə aparılan danışıqlarla bağlı 2001-ci ilin sentyabrında “Neytral”, “Yeni Müsavat” və digər qəzetlərdə çoxsaylı müsahibə və açıqlamalarım getdi. İsrarla R.Mehdiyevin gizli planları üzərində dayandım, bütün yazı və müsahibələrimdə Heydər Əliyevdən sonra Azərbaycanda prezidentliyə ən layiqli namizəd kimi İlham Əliyevin adını önə çəkdim. Beləliklə, biz, Ramiz Mehdiyevin üzərinə getdik, maskalar cırıldı, pərdələr açıldı. Sözsüz ki, hakimiyyətdə dövlətçilik mövqeyində dayanan və ulu öndərin ideyalarına sadiq insanlar da, Heydər Əliyevin dövlətçilik kursunun davamlı olması üçün haqlı olaraq İlham Əliyev amili üzərində dayandılar.

- Dediklərinizdən belə çıxır ki, Ramiz Mehdiyev 2003-cü ildə prezident olmaq niyyətində idi...

- Ramiz Mehdiyev 2003-cü ildə pezident seçkilərində özünü ehtiyat namizəd kimi təsbit etməyə çalışırdı. Əsas gətirirdi ki, İlham Əliyevlə bağlı problem yarandıqda Ramiz Mehdiyev prezidentliyə namizəd kimi təqdim edilir və seçkilərdə iştirak edir. Bunun da qarşısı alındı. Bu deyilənlərin hamısı faktdır və uzaq keçmiş deyil.

Seçkilər bitdi. Ancaq sonrakı proseslərin içində rol alan Mehdiyev faktiki olaraq əlində ciddi şəkildə hakimiyyət toplamağa, özünün hakimiyyət piramidasını yaratmağa çalışdı və müəyyən qədər buna nail oldu. Çünki ölkə keçid dövrünü yaşayırdı, kifayət qədər problemlər içərisində idik, dövlətin qarşısında torpaqlarını işğaldan azad etmək kimi tarixi missiya dururdu, Prezidentin enerjisinin mütləq əksəriyyəti dövlətimizin beynəlxalq nüfuzunun artmasına və erməni işğalına qarşı yönəlirdi. O isə bax, belə çətin durumdan bəd niyyətləri üçün istifadə etməyi bacardı.

Soruşmaq lazımdır ki, yaxşı, Siz artıq Prezident səviyyəsində qəbul edildiniz, yüksək ordenlə təltif olundunuz, ömür boyu arzuladığınız prezident titulunu tərcümeyi-halınıza yazdırdınız. Hansı ki, yaxşı olardı 82 yaşınızda gedib evdə oturub istirahət edərdiniz.Təkidlə AMEA-nın prezidenti olmaq istədiniz. Prezident də yüksək humanistlik göstərərək bu vəzifəni Sizə verdi, yüksək mükafatla təltif etdi. O isə minnətdarlıq əvəzinə, AMEA-dakı kabinetini anti-dövlət qərargahına çevirdi. Ən müxtəlif adamları ora dəvət edir, onları hakimiyyətə qarşı səfərbərliyə alır, sözünə baxmayanların üzərinə gedir, dövlətçiliyə qarşı komanda formalaşdırmağa çalışır. Deməli, sifarişləri yerinə yetirir, əməldə Azərbaycan dövlətçiliyinə qarşı çıxır. Sözdə isə Heydər Əliyev ideyalarına, İlham Əliyevə sədaqətlə xidmət etdiyini riyakarcasına qeyd edir. Olmaz belə!

Dövlətçiliyimizin zəifləməsinə uzanan xain əllər və niyyətlər heç bir halda ictimai rəydə, ictimai-siyasi proseslərdə müdafiə olunmamalıdır. Hərçənd ki, bunu Musa Musayev, deputat Aydın Mirzəzadə kimi savadsız şəxslər müdafiə edirlər. Xalqımız azadlıq və milli dövlətçilik yolunda qan töküb, biz 20 Yanvar faciəsindən, Xocalı soyqırımından keçib gəlmişik, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda 20 min şəhid vermişik. Ona görə də, kin-küdurət, bitib-tükənməyən ambisiyalar, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən məkrli və xain ünsürlərə qarşı barışmaz mövqe nümayiş etdirməliyik, onları ictimai rəydə sıfırlamalıyıq, onların səlahiyyətlərindən istifadə edərək törətdikləri cinayətlər açılmalıdır. Ayrı-ayrı adamların mənimsənilən mülkiyyətləri geri qaytarılmalıdır!...

- Yaxşı, bəs sizcə 82 yaşlı bir şəxsin gələcəklə bağlı planları nədən ibarətdir?

- İlk olaraq, R.Mehdiyev ölkənin birinci şəxsi ola bilmədiyini heç kimə bağışlamır, çox kinlidir, məkrlidir, hədsiz iddialıdır. Bitib-tükənməyən ambisiyaları onu rahat yaşamağa qoymur.

İkincisi, bu gün Ramiz Mehdiyev Azərbaycanı zəiflədib, öz təsiri altına almaq niyyətində olan xarici qüvvələrin təsiri altında “beşinci kolon” missiyasını yerinə yetirməkdə davam edir. Bu missiyanı çox kobud və effektsiz şəkildə həyata keçirməsinə baxmayaraq, onu hələ də kölə psixologiyası ilə davam etdirir və üzərinə götürdüyü rezident öhdəliklərinə son dərəcə sadiqdir.

- Müşahidələr göstərir ki, ictimai rəy heç zaman Ramiz Mehdiyevi birinci şəxs kimi qəbul etməyib. Belə olan halda Mehdiyev nədən böyük riskə gedərək heç vaxt çata bilməyəcəyi iddialara düşsün?

- Bəli, cəmiyyət onu qəbul etmir, amma onun xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var və o, bunu həyata keçirməkdədir. Digər tərəfdən, şəxsi keyfiyyətlərinin eybəcərliyi də onu əsir edib.

- Demək istəyirsiniz ki, Mehdiyev öz xalqına deyil, xarici ölkələrə arxalanaraq ortaya belə iddialar qoyur. Axı 82 yaşlı bir insana necə stavka etmək, onun məchul perspektivini görmək olar?

- Əslində, bu gün R.Mehdiyevi idarə edən xarici dairələrdə də vəziyyət fərqlidir. Yəni oralarda da dəyişikliklər gedir, situasiya fərqlidir, münasibətlər sistemində ciddi yeniliklər ortaya çıxır. Eyni zamanda, bu gün Azərbaycanın ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri qurulub.

Ramiz Mehdiyev kimi adamlara xidmət etdikləri dövlətlərin hər zaman ehtiyacı var. Əlbəttə, söhbət R.Mehdiyevin perspektivindən yox, onun illərdən bəri həm də, ermənilərin maraqlarına xidmət edən əməllərinin davamlı olmasından gedir.

- Belə niyyətləri olan adam müxalifətlə işbirliyinə gedə bilərmi və getsə nə olar?

- Ramiz Mehdiyevin müxalifətlə işbirliyi təkzibolunmaz faktdır. Baxın, indi radikal deyilən müxalifət nədən küçələrdə anarxiya yaratmır?! Eyni zamanda, onun xaricdə Azərbaycan dövlətçiliyinin üzərinə gələn, cənab Prezident və ailə üzvləri haqqında əxlaqsız, mənəviyyata sığmayan fikirlər söyləyən insanlarla əməkdaşlığını da istisna etmirəm. Çünki bu da milli dövlətçiliyə qarşı fəaliyyətin bir qoludur.

- Sizcə, Mehdiyev və hakimiyyətdən uzaqlaşdırılan “köhnə qvardiya” islahatlara maneə yarada, onu sabotaj edə bilərmi?

- Maneçilik yaratmaq imkanları güclü deyil, amma niyyətləri var. Bu niyyət həm də sosial şəbəkələrdə özünü ifadə etməkdədir. Bu niyyət, eyni zamanda, Mehdiyevin ən müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılan insanları öz ətrafına yığmaq cəhdlərindədir, onun vaxtilə hakimiyyətin müxtəlif qollarında yerləşdirdiyi insanları öz ətrafında cəmləşdirmək üçün onlara göstərdiyi təzyiqlərdədir. Sübut etməyə çalışır ki, o, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən getsə də, yenə söz sahibidir, güclü təsir imkanlarına malikdir.

Əslində biz, bu fikir və açıqlamalarımızla həm də, R.Mehdiyevin köməyilə bu və ya digər vəzifəyə təyinat almış insanlara demək istəyirik ki, ondan xilas olun, dövlətçiliyimizə şərəflə və vicdanla xidmət edin, artıq Ramiz Mehdiyev erası bitib. Onun avantürasına getməyin, ondan uzaqlaşın. Açılan müzakirələrdən, verilən şərhlərdən sonra R.Mehdiyev cinahında olanlar ondan uzaqlaşmalı və dövlətçiliyimizin yanında olmalıdırlar. Bizim dediklərimizin fəlsəfəsində və qayəsində həm də bu məqsəd dayanır.

- Necə düşünürsünüz, Əli İnsanovla Ramiz Mehdiyev arasında əlaqələr varmı?

- Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir. Bu, açıq görünür. Və Əli İnsanov da bir müddət öncə verdiyi açıqlamada Mehdiyevlə birlikdə olduğunu ortaya qoydu.

- Hər halda, Ə.İnsanov savadlı adamdır, görmürmü ki, cəmiyyətdə Ramiz Mehdiyevə qarşı münasibət necədir?

- Onları birləşdirən məslək, əqidə deyil, məkrli maraqlardır. Hər ikisinin İlham Əliyev amilinə qısqanc, qəbuledilməz münasibətləri var. Mehriban xanımın önə çıxması, dövlətçiliyimizə verdiyi əhəmiyyətli töhfələr R.Mehdiyev-Ə.İnsanov cütlüyünün həyatını və düşüncələrini alt-üst etməkdə, onların anti-milli maraqlarının üstündən xətt çəkməkdədir.

- Bir neçə gün əvvəl DTX-nın həyata keçirdiyi əməliyyatla Xarici İşlər Nazirliyindəki korrupsiya cinayətlərinin üstü açıldı. Bu nazirlikdə baş verən biabırçılıqlara münasibətiniz necədir?

- Mən vaxtında bu qurum, onun başında duran şəxs haqqında fikirlərimi demişəm. Artıq nazirliklə bağlı hər şey bəllidir. Hörmət və rəğbətlə dəyərləndirdiyimiz DTX-nın keçirdiyi əməliyyatlar göz önündədir. Hazırda istintaq işləri aparılır, istintaqın gəldiyi nəticələri gözləməliyik. Mən fikirlərimi vaxtilə demişəm və dediklərimin üzərində də dayanıram. Bir daha təkrar edirəm ki, Elmar Məmmədyarov Xarici İşlər naziri vəzifəsinə layiq şəxs deyil. Təəssüflər olsun ki, E.Məmmədyarov ona göstərilən böyük etimadı nəinki doğrultmadı, eyni zamanda idarə etdiyi nazirliyi korrupsiya və rüşvətxorluq yuvasına çevirdi. Çox təəssüf...

- Siz də hesab edirsiniz ki, nazirin xəbəri olmadan XİN-də belə korrupsiya əməlləri baş verə bilməzdi?

- Başqa necə ola bilər? O, necə nazirdir ki, rəhbərlik etdiyi strukturda nələrin baş verdiyindən xəbərsizdir? Qətiyyən mümkün deyil. O, birbaşa bu proseslərin iştirakçısı və rəhbəridir.

- Sizcə, bu hadisələrdən sonra E.Məmmədyarov nümunə göstərərək istefaya getməlidirmi?

- Mən özümün şəxsi fikrimi ifadə edə bilərəm. Əvvəla, bundan sonra istefaya yer qalıbmı? Xeyli müddət əvvəl istefaya getməli idi. İndi istefaya getməli deyil, əməllərinə görə cavab verməlidir. İstefa yüksək siyasi mədəniyyətdir. İstefa verib deyirsən ki, mən bacarmadım. Cəmiyyətdən və Prezidentdən üzr istəyib durursan kənarda. Amma E.Məmmədyarov kreslosundan möhkəm yapışıb. Hətta bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına müraciət etmişdi ki, məni müdafiə edin. Bataqlığın içindədir, lakin özünü görmür və dərk etmir. Üstəlik, onun barəsində tənqidi fikirlər söyləyənlər haqqında hüquq-mühafizə orqanlarına müraciət edir ki, məni qoruyun. Korrupsioner, rüşvətxor, Ermənistanın Azərbaycana təcavüzünə qarşı diplomat olaraq iradəsini ortaya qoymağı bacarmayan zəif və iradəsiz bir insan niyə müdafiə olunmalıdır?

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2020-07-31 14:48:14

Ağamalı sənin "TONQAL" restoranın nrçəyə desən dəyər .....

bisavad 2020-07-14 22:23:00

F. Ağamalı o qədər savadlıdır ki, iki akademiki birdən tənqid edib.

Günay 2020-07-13 11:51:18

F.Ağamalı R.Mehtiyevin guya Əli İnsanola əlaqədə olduğunu yalandan bildirməklə özünün və özü kimi bir sıra Qərbi Azərbaycanlının

Çina 2020-07-13 10:51:05

Milli Məclisin deputatlarından bəziləri seçiciləri ilə görüşməklə, bəziləri həqiqətən də xalqın, dövlətimizin inkişafı naminə işlərlə məşğul olub gündəmdə qalırlar, F.Ağamalı kimi deputatlar isə R.Mehtiyev kimi böyük Şəxsiyyətlər barədə yalan, həqiqəti əks etdirməyən məlumatlar ötürərək guya özlərini reklam edirlər. Bu da nə vaxtsa bumeranq kimi özlərinə qayıdacaq.

Şaiq 2020-07-13 08:48:18

BİR NƏFƏR MƏNƏ İRADINI BİLDİRİB. SAYTA YAZDIĞIM ŞƏRHİMİ ( AŞARI DƏRƏCƏDƏ TƏNQİDİ) VERMƏDİLƏR. MƏN DƏ 2 CÜMLƏLİK, SƏHFLƏRLƏ DOLU İRONİK BİR ŞƏRH YAZDIM. TƏKRARƏN OXUYUN, İRONİYANI DUYACAQSINIZ.

şərh yazanlara 2020-07-12 22:54:00

Birdəfəlik ƏZRAYILƏ səslənin vəssalam da.

Çoban 2020-07-12 20:29:22

25 il dövlətin ikinci vəzifəli şəxsi olan adam QRU-ya işləyir ?...

Əli 2020-07-12 19:36:39

F.Ağamalı bu yazıları yazdırmaqla gündəmdə qalmaq istəyir. Akademik R.Mehtiyev barədə yazılar yazdırmaqla guya özünü qəhrəman kimi göstərməyə çalışır. Amma başa düşmür kı, R.Mehtiyevin Xidmətlərini mərhum prezidentimiz H.Əliyev və Prezident İlham Əliyev çox gözəl bilirdilər. H.Əliyev başa düşürdü ki, onun Azərbaycanın inkişafı yolundakı davamçısı olacaq İlham Əliyevə yalnız R.Mehtiyev kıməklik edə bilər və

Şaiqə cavab 2020-07-12 19:18:09

F.Ağamalını Parlamentdə kukla kimi oynatmaq üçün seçirlər. Hüseyn Abdullayevi xatırla.

Əli Əhməd 2020-07-12 19:13:50

Fəzail sən özün də başa düşürsən ki, səni oyuncaq kimi atıblar ortalığa oynadılrlar. Sən kimsən, hansı səviyyənin sahibisən ki, R.Mehtiyev artıq sözlər söyləsin. Həmişəki kimi qısa və konkret cavab verib sənə və özün kimi səviyyəsiz həmfikirlərinə. Bəlkə də o vaxt Əli İnsanovun hakimiyyətə gəlməsinə mane olduğu üçün indi guya qisas alırsınız Qərbi Azərbaycanlılar. Əli İnsanovun tapşırıqlarını yerinə yetirirsiniz.

Gündüz 2020-07-12 18:56:27

F.Ağamalı bütün Azərbaycan xalqı bilir ki, siyası arenada sən çox cılız siyasətçisən, bəzi qüvvələrın oyuncağısan. Elə bilirsən belə sərsəmləməklərlə hansısa yaxşı imıc qazanıb post tutacaqsan. Bir də onu deyim ki, 2003-cü ildə İlham Əliyevın Prezident seçilməsində R.Mehtiyevin dnılmaz polu olduğunu, Əli İnsanov kimi adamlarla, sənin də daxil olduğun klanlarla necə mübarızələr apardığını hər kəs bilir. Elə sən

SAİQ-Ə 2020-07-12 14:06:50

YAP Mirzəzadəni.Elxan Nəsirovu,Qüdrət Həsənquliyevi də dəfələrlə deputat yazıb.Onları xalq seçib? Fəzaili seçicilərlə görüşdə rayondan qovmuşdular.Görürsən yenə yazıblar.Bunlar yaltaqlıqla,yaranmaqla baş dolandıranlardır.Guya bunu xalq bilmir?Naxçıvan vətəndaşı qazaxdan və ya Xaçmazdan necə seçilə bilər? Bu fiksiyadır və hökumətin belə yaltaqlara öz zəifliyi üzündən ehtiyacı olduğundan inları siyahidə saxlayır.Guya Əli Əhmədovun bu Respublikaya və ya əhaliyə bir qəpiklik xeyri dəyib? DAnışöqları yalan,əsassız,boş frazalaerdan ibarət olur.bunlar ölkənin və xalqın üz qaralarıdır.

Əbilfəz 2020-07-12 13:58:26

Aynın 52 oyunlarından biri! Ama Fəzailin bu çıxışı olduqca gülünc və yersizdir...

Şaiq 2020-07-12 09:24:03

Fazael müəllim dəgərli ziyalımızdı. Elə olmasaydı YAP onu 6 dəfə deptat təyinat etməzdi.

Irsad 2020-07-11 23:59:40

Bu fezail necə adamdir?

Orxan 2020-07-11 22:55:00

Kim PrezIdente sadiqdir, Kim dovleti - beyenirem sevirse Ramiz Mehdiyevin ve onun elaltilarinin sher ve bohtanlarina meruz qalib.

Mzahir 2020-07-11 21:28:04

...Fəzailin indiyə kimi xalqın vəziyyəti,ölkədəki özbaşınalöqlar.rüşvət,korrupsiya,büdcə yeyəmlər barədə bir münasbə bildirdiyini,tənqər eydiyini görən,eşidən olubmu?...

rasim quliyev 2020-07-11 21:26:31

deputat Fəzail Ağamalı kisi kimi Siz yeni ozunuzun hec neyi yoxdu Sizi yaxsica sirkelesek bilirsen ne qeder emlak cixar.Ona gore de onu bunu yox Siz Azerbaycanimiz ucun.ne etmisiz .Kaddafinin de pulu var idi axiri ne oldu hami bilir.O biri dunyada her seyin bedelini odeyeceksiz.Hec olmasa xalqdan yox Allahdan utanin.

Sebili 2020-07-11 21:10:45

Jurnalist suallari mentiqli verir.Cavab ise cavabsizdir,adam derdini deye bilmir hikkesinden.,.

oxucu 2020-07-11 19:36:50

Bu meqalede, Ramiz Mehdiyevin baresinde YAZILAN FAKTLAR ESAS VERIR ki, TECILI, Ramiz Mehdiyevin TOXUNULMAZ STATUSU LEQV EDILSIN ve Ramiz Mehdiyev MESULIYYETE CELB OLUNMALIDIR . VAXT ITIRMEK OLMAZ !!!

A.N.Ş.Qarahun 2020-07-11 16:43:41

Afərin jurnalistə sualları birbaşa verir amma cavablarda "burcutma" var. Nala -mıxa vurur ...

Mubariz 2020-07-11 16:12:25

hər ikisidə eyni bezin qırağıdır

Eli 2020-07-11 15:23:24

Buna deyesen hele dayan deyilmeyib

Aborigen 2020-07-11 15:14:39

Hörmətli deputatımız özünü əsil vətənpərvər və dövlət fədaisi kimi qələmə verir. Bəs onda necə olub ki, hörmətli deputatımız yaxasını Ramiz Mehdiyevin əlindən qurtara bilib?

Səid 2020-07-11 15:11:02

Fəzail müəllim, zəhmət olmasa bir az da özünüzdən danışın! Bəs siz bu millətə nə etmisiniz?

ejder 2020-07-11 14:30:26

AYE,,MUXALIF DIPUTAT,,VAXT VAR IDI,IRAMIZE,,ATAM ,DEYIRDINİZ

Marco Polo 2020-07-11 13:59:35

Ramiz Mehdiyevlə Elmar Məmmədyarov bir medalın müxtəlif üzləri idilər, Ramiz gedən kimi... Mammed-yarovun da gara günləri başladı. Bu cütlüyün Azərbaycana vurdüqları zərbələr və xəyanətlərin əsl səs-sorağı illər sonra çıxacaq.

Millikişi 2020-07-11 13:50:28

Ramiz Mehdiyev Azərbaycanın Primakovudur, onun varisidir, Putinin ölkəmizdəki fövqəladə ali KQB agentidir. Nə qədər ki, Ramiz Primakovun yanına getməyib Azərbaycana Putinin düşməçilik təsiri qalacaq. Çünki Ramizdən sonrakı Azərbacan primakovu yoxdur. Bunu unutmayaq. Sənsə ay Ağamalı Danışdıqların hamıya səndən qat-qat bəlli olan məsələlərdir. ..

t.ədalət 2020-07-11 13:37:48

Ramiz Mehdiyev Moskvanın himasyəsindədir.Ona görə də hakimiyyət onu arxivə ötürə bilmir.Elə Elmar Məmmədyarov da elə.Azərbaycan dövlətçiliyini Rusiyanın xeyrinə məhv etməyə hazır olan bu adamlar müstəqilliyimizin əleyhinə olsalar da təbii sərvətlərimizdən barındsılar.Ola bilsin ki,burda qazandıqları puldan ermənistana da pay ayırırlar.R.Mehdiyev,həm də Naxçıvan klanından yararlanır.Onun arvadının hansı millət olduğunu hamı bilir.

Ədalət 2020-07-11 12:27:09

Sizin də onlarla bir yerdə olmağınız çov maraqlı oiardı,çünki sizin nə iqtidarda nə də müxalifətdə urvatlı bir yeriniz yoxdu,

Adam 2020-07-11 12:13:32

Ramiz Mehdiyev vezifede olanda, hech kes sesini chixarda bilmeyib....

Ağayev Ağahüseyn 2020-07-11 12:00:40

R.Mehtiyevlə Ə İnsanovun sümükləridə barışmaz.O ki,qaldı XALQIN Mehtiyevin arxasınca ğetməsinə kimin imkanı olsa onu bu dəqiqə parcalar.Artıq ğecdir ramiz erası bitib.Onun əlindən küllü miqdarda yıqılmış vəsaiti BÜCCƏYƏ almaq lazımdır.

Kələntər 2020-07-11 11:21:36

Ramiz Mehdiyev kimilərini "baltalayıb yıxmaq" lazım idi, "yıxılandan" sonra yox.

Arif 2020-07-11 11:18:25

Bunları virus niyə tutmur?

Eko 2020-07-11 10:59:50

Fezail , Ramiz ishleyende niye demirdiniz bu sôzleri ? Cox maraqli insansiniz .....

pensioner 2020-07-11 10:49:55

Fəzail,sən nə vaxt istefa verib villanda oturub mürəbbəli çay içə-içə nəvərinlə məşğul olacaqsan?

Omer 2020-07-11 10:05:39

Esas oduki anti xalq olmasin

Melik 2020-07-11 09:54:19

Ramiz Mehdiyevin AMEA-da en birici adami eslen naxcivandan olan, biliyi olmayan Isa Hebibbeylidir. Onun butun tayfasi hakimiyyetin yagli postlarini ishqal edibler. AMEA-tarixinde bu qeder tehgir olunmamishdir, cunki, onun bashina uzu bir defe gulmeyen, insanlarin genimi olan Mehdiyev teyin olunub.

Memmed 2020-07-11 09:52:58

Ramiz Mehdiyev ve Elmar Memmedyarov kenarlasdirilsa menim pensiyam artacaqsa men de terefdariyam!

Əvəz Qurbanov 2020-07-11 09:39:38

Bunların maliyə mənbəyi – Rasim Məmmədov İrandan armaturu gətirir Azərbaycana, sonrada Ramiz Mehdiyevin köməyi ilə ələ keçirdiyi zavodun saxta ST-1 sertifikatı ilə satır MDB ölkələrinə. Elə Gürcüstanda dayandırılan o armaturlar bu səbəbdən dayandırılır. Rasimin silahlı dəstələri olduğu Azərbaycanda hamıya məlumdur. Pul var, silahlı dəstə var, siyasi təxribatı təşkil edə biləcək Ramiz Mehdiyev, , Əli İnsanov var. ....bunlardan nə desən gözləmək mümkündür

Vətəndaş 2020-07-11 08:43:08

Ramiz Mehdiyev talançı komandanın ortaya atdığı oyundur.Yox oyun deyilsə işdən çıxarın var-dövlətini alın. Bir az da atın içəri dincəlsin. Olacaq gücsüz birisi. Xalq da onun arxasınca gedən deyil. Vəzifədə olanda xalq heç yada da düşməyib. Bunu şişirtməyin nə mənası

Son yazılar