Abdullah Güldən Ayasofya ilə bağlı açıqlama

Türkiyənin sabiq prezident Abdullah Gül Ayasofya qərarına ilk şərh verənlərdən olub.

Sabiq prezident "Twitter" hesabından Ayasofyanın məscid kimi istifadə edilməsi ilə bağlı insanları təbrik edib: "Ayasofyanın yenidən ibadətə açılması xeyirli olsun. Bu tarixi qərar millətimizi sevindirdi. Əməyi keçənləri təbrik edirəm."

Qeyd edək ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb.

Bundan əvvəl Türkiyənin ən yüksək inzibati məhkəməsi dünyaca məşhur mədəniyyət ocağının muzey statusunu ləğv edib.

1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Ayasofya binası tikildikdən sonra, öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.

Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifini Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ötən il seçki vaxtı vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar