VƏLİYEVİN ŞİRKƏTİ 270 MİN DOLLARLIQ İDDİA QALDIRIB - Hər ay 42 833 dollar alacaq

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib.

Musavat.com xəbər verir ki, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb.

Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməməsi olub.

Şahmar Vəliyev

Məhkəmə ərəfəsində cavabdeh “Aktauskiy Maşınqayırma Zavodu” məhkəməyə müraciət edərək sülh razılaşmasının təsdiq edilməsini istəyib.

Zavod ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edib. Bildirilib ki, tərəflər arasında sülh razılaşması əldə edilib.

Barışıq sazişi təsdiq edilib və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilib.

Razılaşmaya əsasən zavod hər ay Şahmar Vəliyevə 42.833 dollar ödəyəcək.

Qeyd edək ki, “Azneftemaş” ASC Vəliyevlırin nəzarətində olan şirkətlərdən sadəcə biridir.

“Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı “Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri də Şahmar Vəliyev və oğlu Ruslana məxsusdur.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır.

Ruslan Vəliyev

Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir. Vəliyevlərə məxsus daha bir neçə şirkət var.

635x100

Şərhlər

Vətəndaş 2020-07-11 22:24:40

Talançı banda ölkəni çapıb talayıb və davam edirlər.

Vilayət 2020-07-11 22:14:27

Bizneslərini talan yolu ilə qazanılmış haram pullarla qurub. Soruşan yoxdur haradandın ilkin kapital. Harammmmmmmmmm

Son yazılar