PARTİYA SƏDRİNDƏN MEHDİYEV VƏ MƏMMƏDYAROVA ŞOK İTTİHAMLAR – “Akademiyaya yığışdılar və...”

Sərdar Cəlaloğlu: “Vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib”

“Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, Eldar Quliyev tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub”

ADP sədri Sərdar Cəlaloğlunun Laf.tv-yə verdiyi müsahibə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. “AzPolitika.info” xəbər verir ki, partiya sədri son günlərin aktual mövzularına toxunub, sensasiyalı iddialar irəli sürüb.

S.Cəlaloğlu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti R.Mehdiyevin ona ünvanlanan ittihamlara verdiyi cavabı tənqid edib.

Partiya sədri deyib ki, R.Mehdiyev öz fəaliyyətilə Azərbaycanın demokratik, inkişaf etmiş ölkəyə çevrilməməsi üçün əlindən gələni edib: “Azərbaycanda 20 ildən artıq müddətdə seçkilərin saxtalaşdırılmasının başında Ramiz Mehdiyev durur. Son parlament seçkilərində də Akademiyaya yığışdılar. Və yenə seçkiyə müdaxilə etdi, yenə demokratik, istiqlalçı qüvvələr kənarda qaldı, yenə ayrı-ayrı klanların və Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşları parlamentə buraxıldı.”

Daha sonra S.Cəlaloğlu R.Mehdiyevin kadr təyinatındakı roluna toxunub: ”Ramiz Mehdiyev Azərbaycanda kadrların təyin edilməsində bir nömrəli şəxs olub. İcra hakimlərini, nazirləri, komitə sədrlərini Ramiz Mehdiyev təyin edib. Bu gün icra başçıları korrupsionerdi, cinayətkardı, bütün nazirliklərdə korrupsiya, vətənə xəyanət baş alıb gedir və s. Deməli, Rusiya kəşfiyyatına xidmət edənləri, vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib.”

S.Cəlaloğlu bildirib ki, R.Mehdiyev yalandan Heydər Əliyevə və İlham Əliyevə sədaqət andı içsə də, böyük cinayətlər törədib: “Ramiz Mehdiyevin sayəsində ölkədəki bütün demokratik institutlar sıradan çıxarılıb, qeyri-hökumət təşkilatları, azad mətbuat, həmkarlar təşkilatları məhv edilib. Heydər Əliyevə, İlham Əliyevə sədaqət adı altında Azərbaycanın demokratik institutları məhv edilib. O, Azərbaycanda cinayətkar formada özəlləşdirmə aparıb. Dəyəri 60 milyard olan dövlət və ictimai əmlak cəmi 4 milyard hesablanıb...”

S.Cəlaloğlu məhz R.Mehdiyevin Azərbaycandakı “5-ci kolon”a rəhbərlik etdiyini də söyləyib: “30 ildə nə bir dəfə Türkiyəyə, nə də Avropaya səfər etməyib. Amma ildə 1-2 dəfə Rusiyaya səfər edib. Bu, onu göstərir ki, R.Mehdiyev Azərbaycandakı “5-ci kolon”un rəhbəridir. R.Mehdiyev Rusiyanın verdiyi tapşırıqları hərfinə qədər icra edib.”

ADP sədri R.Mehdiyevin ailə üzvlərindən də danışıb: “Mənə bir məlumat daxil olub və onu olduğu kimi çatdırmaq istəyirəm. R.Mehdiyevin bir nəvəsi özünə 2-3 hektar ərazidə bir bağ evi tikdirir. Villanın “oblisovkası” italiyadan bir kv.metri 5 min dollara gətirilən mərmərlə hörülüb. Haradandır bu pullar?”

S.Cəlaloğlu deyib ki, DTX R.Mehdiyevin fəaliyyətini yoxlamalıdır: “Ramiz Mehdiyevin “Heydər Əliyevə, İlham Əliyevə sədaqətliyəm” deməyinə baxmayın. Bunu deyənlərin heç biri səmimi deyil. Onlar hamısı millətə, dövlətə xəyanətlərini bu ad altında gizlədirlər. DTX Ramiz Mehdiyevin fəaliyyətini yoxlamalıdır. Parlament seçkilərindəki korrupsiyasını, özəlləşdirmədəki, kadr təyinatındakı korrupsiyanı yoxlamalıdır. Biz bilirik ki, PA-dan tutmuş icra hakimiyyətlərinə qədər Rusiya kəşfiyyatına xidmət edən insanlar yerləşdirilib.

Daha sonra S.Cəlaloğlu XİN-də keçirilən əməliyyata və diplomatik korpusun fəaliyyətinə toxunaraq, nazir Elmar Məmmədyarovu Rusiya kəşfiyyatına işləməkdə ittiham edib: “Səfirlərimizin 90 faizi Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, səfirliyimizin Eldar Quliyev adlı nümayəndəsi tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Və onun diplomatiyada irəliləməyində, nazir təyin olunmasında Rusiyanın bilavasitə rolu olub. Özü də Rusiya deyəndə, təkcə Rusiya yox, həm də Ermənistan başa düşülməlidir. Rusiyaya xidmət edən bütün Azərbaycan məmurları həm də Ermənistana, düşmənə xidmət edirlər. Ona görə də Elmar Məmmədyarovu korrupsiyaya görə yox, dövlətə xəyanətə görə tutmaq lazımdır.”

Ardınca, S.Cəlaloğlu sensasiya sayılacaq dagha bir iddiayla çıxış edib: “Elmar Məmmədyarovun təyin etdiyi kadrlar aşkarlanmalıdır. Özü agentdirsə, onlar da agentdirlər. Məsələn, Elmira Axundova (keçmiş deputat, hazırda Azərbaycanın Ukraynadakı yeni səfiri-red.) 1 milyon verərək, səfir gedib. Azərbaycanda hamı bilir ki, E.Axundova Rusiyanın adamıdır, bunu hamımız bilirik. Görün Azərbaycanın səfirləri kimlərdir – rüşvət verənlər, Rusiya kəşfiyyatına işləyənlər və saxta yolla cəmiyyətdə yer tutanlar. Belə diplomatik korpusla Azərbaycan hansı problemi dinc yolla həll edə bilər?...”

Tahir

AzPolitika.info

635x100

Şərhlər

İala metin 2020-07-15 22:21:13

Ramiz Rövşənin bir şeri var Dünya qəfil işıqlansa görərdim kimlər kimin evindən çıxır kimlərin əli kimin cibindən çıxir

yamid 2020-07-14 13:15:32

mehdiyev-mamedyarov tandemi könüülü getmek istemir, kremldeki hamileri hetta onlar ücün müharibe ozunu da teshkil etdirdi, ermenistandaki dostlari vasitesi ile...

yamid 2020-07-14 13:13:29

mehdiyev-mamedyarov tandemi könüülü getmek istemir, kremldeki hamileri hetta onlar ücün müharibe ozunu da teshkil etdirdi, ermenistandaki dostlari vasitesi ile...

Elshad 2020-07-13 19:09:25

Mənə qarşı söyüş-böhtan kompaniyasının episentirində Ramiz Mehdiyev dayanır

musa 2020-07-13 16:01:26

təkcə Məmmədyarovla iş bitmir. Onun müavinlrinin əksəriyyəti Rusiyanın şinelindən çıxanllardırlar: Ramiz Həsənov, Xələf Xələfov. Mahmud Məmmədquliyev, Araz Əzimov, Nadir Hüseynov... bunların həyat yoluna və tərcümeyi-hlallarına nəzər salmaq kifayət edər...

Günay 2020-07-13 11:43:56

Yəqin belə səviyyəsiz, ikiüzlü, əqidəsiz bir adam olduğun üçün R.Mehtiyev sənin deputat seçilməyinin əleyhinə olub. Ona görə də indi .....qoşulub öz aləmində qisas alırsan.

G 2020-07-13 11:39:42

Ay Sərdar sən də qoşuldun Qərbi Azərbaycanlılara. Bilirsən ki, onların hamısı Əli İnsanovun tapşırığını yerinə yetirirlər. Səsi çıxacaq nə vaxtsa.....

Əli 2020-07-13 11:36:13

Ay Sərdar sən də qoşuldun Qərbi Azərbaycanlılara. Bilirsən ki, onların hamısı Əli İnsanovun tapşırığını yerinə yetirirlər. Səsi çıxacaq nə vaxtsa. Səni agent kimi işlədən qurum bunun üstünü açacaq. Sən özün kimə işlədiyini yaxşı bilirsən. Hörmətli Akademik haqqında yazmaq sənə yaraşmaz. Get Qurbanı araşdır gör hansı dövlətin xüsusi xidmət orqanına işləyir. Haranın agentidir.

Obyektiv 2020-07-13 11:34:59

Ramiz Mehdiyev haqqında deyilənlərlə mən də razıyam, amma Elmar Məmmədyarov barədə yazılanları qəbul etmirəm. O, Azərbaycanda ən düzgün, yalnız maaşla işləyən tək-tək məmurlardandır. Yeganə nazirdir ki, özünün şəxsi kitabxanası var ki, bu da onun yüksək intellektualını və savad dərəcəsini göstərir. Mən, vətənini sevən bir vətəndaş kimi düşünürəm ki, nazir E.Məmmədyarovun adının casusluqda, korrupsiyada hallandırılması dövlətçiliyimizə qarşı təxribatdır.,

Oxucuya 2020-07-13 11:14:23

Əli Abdullayev Rabitə Nazirinə müavin təyin olunandan sonra Rabitə keçmiş kolxoz idarələrini xatırladır..? O,vaxtında işdən azad olunmasa rabitə məhv olacaqdır...

Vətəndaş 2020-07-12 22:23:08

Ramiz Mehdiyev haqqında deyilənlər düzdür. Ancaq Məmmədyarov hər kimdirsə başqalarına nisbətən normal adamdır. Onun satqın olması rus agenti olmasını indiki vəziyyətdə hallandırılması təxribatdır.

Ağayev Ağahüseyn 2020-07-12 21:31:39

Təkcə XİN-İ DEYİL SİZ coxunuz nala-mıxa vuranlar məhz ğövlətə xəyanət edirsiz qoymursuz xalq birləşsin ölkə rəhbərliyi ətrafında.

sual 2020-07-12 21:25:22

DTX, melumatiniz varmi, Ramiz Mehdiyevin AMEA - da teshkil etdiyi anti - Dovlet fealiyyetinden......... ??????????

Eli 2020-07-12 20:46:36

Örn bir şeyi bsşa düşmürem yeqin ki şerh yazan gözel insanlar bsşa salar.Onlar meve tehin edirler ki filankes hansı dövletin vasıdıdır ys deyek adamıdır .Axı bunu jer kes bilse ki ,kim casusdur dzha bu tehlükesizlik orqanı olmadı özü de MKVD ve ya QRU/nun şinelimden çıxmış orasnlar ola Bele çıxır ki bı sözleri deyenler özleri de yeqin ki o orqanlaraşa elaqesi

Eli 2020-07-12 20:38:00

Öen bir şeyi

Əli 2020-07-12 19:42:46

Sərdar sənə hörmətim var idi, Akademik R.Mehtiyev barədə yazdıqlarından sonra başa düşdüm ki sən də kiminsə təsiri altındasan. Sən özün də agentsən onsuz da amma R.Mehtiyev haqqında yazmaq sənə yaraşmaz, həm də səviyyən ona çatmaz.

Əli Əhməd 2020-07-12 19:03:07

Sərdar deyirsən R.Mehtiyev Rusiyaya işləyir bəs sən və qrdaşın Qurban kimə işləyirsiz. Sən bu xalqa izah elə görək nəynən dolanırsan, Qurban nə ilə avropada oturub Azərbaycanın Əleyhinə fə

Cavan 2020-07-12 18:54:10

SƏRDAR CƏLALOĞLUNUN DEDİKLƏRİ HƏQİQƏTDİR.XALQIMIZI DÜŞMƏNLƏRİMİZ BARƏDƏ MƏLUMATLANDIRDIĞINA GÖRƏ SAĞ OLSUN.MÜHARİBƏ BAŞLASA DAXİLDƏKİ XAİNLƏR BİZƏ ÇOX ZİYAN VURA BİLƏRLƏR.CƏNAB PREZDENT DAXİLDƏKİ XAİNLƏRƏ QARŞI MÜBARİZƏDƏ BİZ SİZİ DƏSTƏKLƏYİRİK VƏ ƏMRİNİZDƏYİK.

Gündüz 2020-07-12 18:23:28

Sərdar Cəlaloğlu iddia eliyir ki yenə də rəhbərlikdə Rusiya agentləri var. Niyə adlarını çəkmir gözlüyür onları da işdən çıxartsınlar sonra. Kişi kimi hərəkət eləmək lazımdır Sərdr. Sən özün elə haranın agegenti olduğunu hamı bilir. Sənin qardaşın Avropada oturub hər işnən sənə Azərbaycanda meydan veriblər dəyib toxunmurlar. Bundan hər şey aydın olur. R.Mehdiyev kimi Şəxsiyyət barədə danışmağa haqqın yoxdur.

.EJDER 2020-07-12 18:13:36

BES SUTKADA DILCELMEYEN ,IWLEYEN NE ILE MEWQUL IDI

Eli 2020-07-12 17:02:32

Serdar beyin savadına vetenperliyine menim heç vaxt şübhem olmayıb ancaq bu son melumatlar deyesen Cehri KQB-sinin meşumatlarına oxşayır

Eli 2020-07-12 16:36:06

Yazılanlara inansaq nele melum olur ki son 25 ilde bizde dövletçilik olmayib çünki hamı rusa işleyib özü de Eliyevin vaxtin ve donra

Anar 2020-07-12 16:26:40

Bu serdar yaramaz qardasina yiyelik ede bilmir, indi xalqin ve dovletin qaygisina qalib onun problemlerine cavabdeik dasidigini gostermek isteyir!? Serdar Bes sen hakimiyyete gelmek ucun kimlerle ittifaqa kirmisen? Bir az da o haqda danis.

Anar 2020-07-12 16:22:09

Serhleri cap etmirsiniz, hec olmaya sabahki rubrikada cap edin. Onsuz da her gun seher yeni meqale cap olunur. Butun basliqlariniz eyni movzudur. Hec ayib deyilmi!? Bu yaramazlarin dilinden olke bascisinin, Ulu Önderin silahdasini biabir edirsiniz!?

Amon 2020-07-12 16:15:36

Elmira axundova ozu ukraynaya sefir teyin etdirmekde meqsedi ticaretle mesgul olmaqdi.o ki qaldi bu serdara vallah bu nece ilde men helede anlamadimki bu hansi mehzebe qulluq eliyir

Eli 2020-07-12 16:00:36

Deyilenleri ekseriyyet desdiq edir bildi bilmedi Onda bele örlum olur ki son 25 ilde nizde dövletçişik sdlı bir şe y olmayıb gülmelidir vallah

Oxucu. 2020-07-12 15:21:05

Nəvəsinin villası Əmlakın hesabına tikilib əvəzində bir neçəsinin namizədliyini yüksək postlarda təyin ediblər.

S.Ənvərqızı 2020-07-12 14:45:20

Sərdar müəllimin fikirləri ilə razılaşıram və həqiqəti təsdiq edir. Belə ki, ölkəmizdə sosial narazılıqları yaradanlar Nazirlərdir, müavinləridir, İcra Hakimiyyətləridir və müavinləridir. Kadr hər şeyi həll edir. Kadrın düzgün təyin olunmaması vətəndaşların haqlı şikayətlərinə,sosial narazılıqların artmasına və vətəndaşın dövlətə olan inamının itirilməsinə gətirib çıxarır...Ən birinci Qanun "Vətəndaşların Müraciətləri haqqında "Qanundur. Ölkəmizdə Vətəndaşların Müraciətləri haqqında Qanuna əhəmiyyət belə verilmir, PA,NK,MM bu qanunsuzluqlara göz yumurlar..Ailəmin məmur özbaşnalıqları nəticəsində haqsızlıqlara düçar olması ilə əlaqədar saysız-hesabsız müraciətlər (PA,NK,MM) etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan Şikayət etdiyim ünvana göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından Nazir müavini Əli Abdullayev tərəfindən qanusuz cavab verməkdən kəçinmir və bu qanunsuzluqlara PA,NK,MM tərəfindən göz yumulur.. Sosial narazılıqlara yaradan məmurlar barədə ciddi qanuni tədbirlər görülməli, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər....

Cabir Cəlilov 2020-07-12 14:28:34

Sərdar bey niyə indiyə kimi susub?Bu onun şəxsiyyətinin nə olduğunu göstərmirmi?Neçə illərdir patiya sdrinin müavini və sədridir.Bir dəfə də olsun bu mövzuda çıxış etməyib.mehdiyev yerini "dəyişdikdən" və Məmmədyarovun idarəsinə qurumun girişindən sonra Sərdar bəyin dili açılıb.Bunun nə demək olduğunu anlamaq o qədər də çətin deyil.Br yandan FƏzail Ağamalıoğlu..digər yandan Qüdrət Həsənquliyev ,bu tərəfdən də Sərdar Cəlaloğlu sanki qeyrətə gəlib çıxışlar edirlər.Bu yararlanmaq xatirinə ortaya çıxmaq kimi və həm də ciddi insanlar olmadqlarınn sübutu kimi qəbul olunmasınaşübhə qalmır.Sadəc,ayıbdır,cənablar.Əgər Sizdə ciddilik vardısa niyə indiyə kimi bu məsələlərdə səsiniz çıxmayıba cavab axtarın!bıkbN"

Vətəndaş 2020-07-12 14:20:57

Azərbaycanı müstəqil,demokratik dövlət kimi görmək üçün klanlarından qurtarmaq vacibdir.Bunun başqa yolu görünmür.l

seçici 2020-07-12 13:35:12

OYUN DAVAM EDİR. OYUNDUR

Millikişi 2020-07-12 13:27:12

Ramiz Mehdiyev Azərbaycanın Primakovudur, onun ölkəmizdəki varisidir və deməli, Putinin ölkəmizdəki fövqəladə səlhiyyətli, toxunulmaz ali rütbəli (ən azı general polkovnik) KQB agentidir. O, bu rütbəyə bərabər özünə cəmiyyətə çox da bəlli olmayan rütdə verib. Diqqət edin, dövlət qulluğunda, bunu dövlət qulluqçuları yaxşı bilər, ən yüksək ali xüsusi rütbə Həqiqi Dövlət Müşaviridir. Bu rütbə ali hakimiyyət orqanlarının yüksək vəzifəlilərinə verilir. Azərbaycanda bu rütbə yalnız bir nəfərə - Ramiz Mehdiyevə verilib. Nə qədər ki, Ramiz gəbərib Primakovun yanına getməyib Azərbaycana Putinin düşməçilik təsirinin əsas fiquru qalacaq. Çünki Ramiz Mehdiyevdən sonrakı Azərbacan primakovu yoxdur. Onun isə tutulmağına, tarixin zibilliyində çürüməyinə Putin heç vaxt yol verməz. Xalq olaraq Bunu unutmamalıyıq.

Vətəndaş 2020-07-12 13:26:51

Bunların hamısının çörəyi dizlərinin üstündədir. Bunlar hamısı.... şeylər idilər. Heydər Əliyev hakimyətə gələndən sonra adam oldular

Eli 2020-07-12 13:01:24

İnandırıcı görunmür onu ora Eliyev qoyub o sehv ede bilmezdi

Xalq 2020-07-12 12:54:32

Sərdar Cəlaloğlunun fikirləri ilə mən də razıyam və onu tam dəstəkləyirəm. Rus agentləri yüksək vəzifələrdən tam təmizlənməlidirlər.

Əlövsət 2020-07-12 12:41:12

Analoqu olmayan ölkə indi nə deməkdir anladınızmı?

Oxucu 2020-07-12 12:37:15

Əzrayıl harda qalıb görəsən

Çina 2020-07-12 12:25:36

Sərdarın nöqteyi nəzərindən ysnaşsaq o özü də hansı ölkəninsə qardaşı isə ABŞ agentidir

letif 2020-07-12 12:15:23

82.yasinda fakt vezifededi............

Oxucu. 2020-07-12 12:05:50

Nəvəsinə Əmlakın əliylə həmin villanı tikdirib əvəzində Rabitə nazirin 1ci müavini Əli Abdullayevi təyin etdilər əslində nazirin adı var amma bütün idarəçilik Alinin əlindədir.

Oxucu. 2020-07-12 12:00:35

Təkcə Nəqliyat Rabitə nazirin 1ci müavini Əli Abdullayevin faliyəti yoxlanılsa məlum olarki nəvəsinə tikdirilən villa əmlakın hesabına tikilib yerində Əli Abdullayevi müavin təyin etdirdilər

Şaiq 2020-07-12 11:57:16

Sərdar müəllimlə həmfikirəm. Rüşvətə bulaşmayanlara ağ qarğaya baxan kimi baxırlar. Xəyanətkar və rüşvətxorları tanımaq üçün bütün məmurlar " YALAN DETEKTOR " - undan keçməlidirlər. Yoxsa, QARABAĞI yalnız yuxuda görəcəyik. Strateji obyektlərin bəzi rəhbərləri rusdilli olmaqla Rusıyaya xıdmət edənlərdir .

Eli 2020-07-12 11:56:19

Heydər Əliyevin sağlığında gördüyü işlerde rusın desti cetti demek ola ki yox idi Beli bexi meselelerde siyaset möqteyi nezerinden güzeşte gedirdi onda uduzmaq meseleleri olmurdu Her halda o rusu hamıdsn yaxşı tanıyırdı an axınds peşekar siyasetçi ve tehlükesizlik işçisi kimi mence

Eko 2020-07-12 11:40:07

Ne qûndedi ölkə ? Dûzelecek yoxsaaa ,,,,,

t.ədalət 2020-07-12 11:36:51

Sərdar müəllimin dedikləri ilə razıyam. .......M.Hüseyn mənimlə işləyirdi.Bilirdik ki,Rusiyanın agentura şəbəkəsindədir.Universitetin rus sektorunu bitirmişdi.,,....Nazir S.Əbiyev biz türk olduğumuza görə bizi nazirlikdən uzaqlaşdırdı.H.M. və onunkimilər irəli çəkildi.

Eli 2020-07-12 11:30:27

Yazılanların doğrulığuna inansaq onda bizde mənurların 90 %-den yuxarı rusun agentidir daha doğrusu ermenilerin rrusu da hemişe alman fransız ermeni yunan yehudi idare edib fakt indi ermeniler en aktividir bu meselede bizde de anası arvadı qaynanası yaxınlaro ermeni olan ne qeder istesen var hamı da bilir kimlerdir

Həsən 2020-07-12 10:49:04

Hər bir təxribat fəaliyyəti maliyyə mənbəyi tələb edir. Rasim Məmmədov (Baku Steel) və maliyyə mənbələri bağlanmayana qədər bunlar çox oyundan çıxacaqlar. həbs edilməyənə qədər bunlar hər

Emin 2020-07-12 10:42:11

Rusiyanın qorxusundan heç kəs R.Mehdiyevə heç nə deyə bilmir...

Amin 2020-07-12 10:27:07

Sərdar bəy olanların 10% belə demir Necə oldu ki Ramiz kimi bir bisavad akademik oldu Görəsən o fəlsəfədən 2% bilirmi?

Shamil 2020-07-12 10:06:54

Bu cür dəqiq ölkənin siyasi elitasinın simasını açan olmamışdı.Deyilən fikirlər tamamiylə doğrudu

Son yazılar