Dərman bazarındakı özbaşınalıq baş alıb gedir – “Bir-iki oliqarxın nəzarətinə verdilər...”

“Apteklərdə - dərman bazarında - durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar. Ölkədə guya dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənirmiş, daha doğrusu təyin olunurmuş”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Azər Mehtiyev bildirib.

Ekspert xatırladır ki, dərmanların qiymətlərinin tənzimlənməsi məsələsi ortaya çıxanda bu addımın dərman bazarında vəziyyəti nəinki daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edib: “Hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır: zəruri dərmanların qıtlığı, bəzi dərmanların ümumiyyətlə ölkəyə gətirilməməsi, bir çoxlarının molekul tərkibində dəyişikliklər və qiymətlərin çox artması və s. kimi problemlər baş alıb gedir. Ölkəyə dərman gətirilməsindəki inhisarı aradan qaldırmaq əvəzinə, bütün dərman bazarını 1-2 oliqarxın nəzarətinə verdilər”.

A.Mehtiyevin sözlərinə görə, ölkədə apteklərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Ortada isə rəqabət yoxdur, topdansatış bir əldə cəmləşib.

İqtisadçı vurğulayır ki, bu absurdun qarşısı alınmalıdır: “Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Çünki mövcud mexanizm işləmir.

Azər Mehtiyev qeyd edib ki, təcili atılmalı olan daha bir addım daha var: “Bütün apteklərdə elə kassa aparatları yerləşdirilməlidir ki, alıcılara verilən çekdə aldıqları bütün dərmanların adbaad siyahısı və qiymətləri göstərilsin. Bu, hazırda iri marketlərdə tətbiq olunan sistemdir. Bu, dərman bazarının tənzimlənməsinin daha işlək və səmərəli mexanizmi olardı. Hazırda apteklərin əksəriyyətində heç normal kassa aparatları belə yoxdur. Əksər apteklərdə kartla ödəniş etmək imkanları yoxdur. Bu da dərman bazarında özbaşınalığı daha da artırır. Alıcılara aldıqları dərmanların adbaad siyahısı və qiymətləri göstərilən çeklər təqdim olunması dərman bazarında nəzarət mexanizmlərinin formalaşmasına yeni imkanlar açacaq”.

AzPolitika.info

635x100

Şərhlər

Irsad 2020-07-12 21:55:18

Dermanlari alib, atib kimse saqalir ki, ancaq tezeden aldirirlar ki bunu da at tesir eder, bele bele hami bu keyfiyyetsiz dermanlardan xeste olur

Ağayev Ağahüseyn 2020-07-12 21:20:26

NƏ erməni nədə kornavirus o qədər təhlükəli deyil,nəinki dərman bazarındakəı DEPUTATLAR, OLİQARXLAR QƏDƏR.Baxın bizdə 147-80-azn olan dərman İRANDA 35-azn dir bizdə85-azn olan İRANDA 2-50-QƏP DİR 28-ƏDƏDİ 14-AZN Olan təziq dərmanın 100-ədədi İRANDA 3-50-QƏP DİR ALLAH SİZİN evinizi viran qoysun o dərmanlar sizin özünüzə və yaxınlarınıza qismət olsun.Bütün bunların başında SƏHİYYƏ nazirliyi durur.Dövlət xəstəxanalarında bütün dərman və diğər ləvazimat bizə pulla satılır. İNANMAYANIN ATASINA LƏNƏT KİM İSTƏYİR MƏN YERİN ĞÖSTƏRİM.

T.ədalətə 2020-07-12 21:18:31

Ölkədə nəzarət sistemui qurulana və nəzarət sistemi işləyənə kimi belə davam edəcək.Çünki hakimiyyət bu barədə düçünmürBunun üçün həbs olunan icra başçılarının işlədiyi rayonlardakı polis.təhlükəzizlik,prokurrluq orqanlarının hara baxdığını araşdıtran olub ki, onlar nə ilə məşğul olublar?

Vətəndaş 2020-07-12 14:34:56

Doğrudur...Hər kəs başlı-başına ağlına gələni edir.Nəzarət,qayda-qanun isə kitablarda qalır...

Xalq 2020-07-12 12:35:54

Azər müəllim! Sizin yazınızı dəstəkləyirik. Dərmanların qiymətləri tənzimlənməlidir. Çox bahalıqdır, həm də keyfiyyət aşağıdır.

TARİX 2020-07-12 11:41:53

LAZIM OLAN DƏRMANLARI KEYFİYYƏTSİZ OLDUĞUNA GÖRƏ MƏCBURƏN XARİCDƏN ,CÜRCÜSTAN,TÜRKİYƏ VƏ İRANDAN GƏTİRMƏLİ OLURUQ.

t.ədalət 2020-07-12 11:26:10

Koronavirus o qədər təhlükəli deyil,nəinki dərman bazarındakəı özbaşınalıq.Heç erməni də bizə dərman mnafiyası qədər ziyan vurmayıb.Bu nədir?Dərman mafiyası özünü dağlarda qərargah qurmuş terrorçular kimi aparır?Bu adamların milləti nədir?Yəni,Allaha da itaət etmirlər?Nə vaxta kimi belə olacaq?

Son yazılar