SABİQ NAZİRİN ANASI VƏ HƏYAT YOLDAŞI VƏFAT ETDİ - "Bir müddət əvvəl koronavirusa yoluxmuşdu..." (Yenilənib)

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. Bu barədə "Report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib.

"Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

***

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

"Report"un əldə etdiyi məlumata görə, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

635x100

Şərhlər

borcali. AZER 2020-07-13 08:15:34

ALLAH REHMET ELESIN

Milliyet 2020-07-12 22:13:28

haram pulu coxdu ,,,..

Gulsən 2020-07-12 20:06:12

İndikinə baxanda bunun ölümlərinə çoxlu rəhmət dusur

Emil 2020-07-12 18:06:14

Anasi yox , yoldasi

Adil 2020-07-12 17:14:28

Anasinin nece yashi var idi ki, koronadan vefat edib ???!

Son yazılar