MİLLƏT VƏKİLİNDƏN OSMANQIZINA CAVAB - "Sevinj, are this shame necessary for you?"

Mənə dedilər ki, Sevinc Osmanqızı məni də möhkəm danlayıb. Baxdım ki, həqiqətən danlayıb. Xanım fikri kontekstdən çıxarmaq ustasıdır. Ümumiyyətlə bu tip adamlara bu istiqamətdə çox güclü təlimlər keçiblər.

Mən bir binəvanın Azərbaycan xalqını təhqir etməsindən yazmışam. Osmanqızı isə “məntiqini” həmin binəvanın xəstəliyinə istiqamətləndirib. Bunu qoyaq bir tərəfə. Axı bu qadına insanları danlamaq, onlara dərs keçmək hüququnu kim verib? Sertifikatı var!? Qadın olan bir az da utanar. 

Utanmaq demişkən, Sevinc xanın ingiliscə yaxşı bilir. Ona tövsiyyə edərdim ki, bax bu kitabı oxusun... Is shame necessary? (müəllif Jennifer Jacquet). Kitabın adı Azərbaycan dilində belədir: Xəcalət nəyimizə lazımdır? Yaxud Abır-həya nəyimizə lazımdır?

Həmin kitabda müəllif Şərqlə Qərbi müqayisə edərək xeyli misallar gətirir: Məsələn, “Salman Rüşdü yazırdı: Xəcalət, mənim əziz oxucularım, təkcə Şərq üçün səciyyəvi deyil. Papa XVI Benediktin ABŞ - da səfərdə olarkən katolik kilsəsinə yönəlik bir skandalda “dərindən xəcalət çəkdim” söyləməsi, Repper Kane Uestin MTV (Video Music Awards) də “Ən yaxşı qadın videosu” üzrə nominasiyasının qalibi olan Teylor Sviftin əlindən mikrafonu qapmasından sonra “xəcalət çəkdim” deməsi kimi maraqlı misallar çəkilir. Demək xəcalət həm də Qərb üçün xarakterik xüsusiyyətdir. Və təsadüfi deyildir ki, Şekspir “xəcalət” sözünü əsərlərində 344 dəfə işlədib.

Bunlar Qərb dünyasına aiddir. Sevinc Osmanqızı çoxdan vətənini tərk etdiyindən xəcaləti (həyası) metamarfozaya uğrayıb. Adama elə gəlirki, gülə-gülə xəcalət çəkir. Ancaq ona tövsiyyə edərdim ki, Jennifer Jacquetin adını çəkdiyim kitabından öncə görkəmli filosofumuz Həsən Quliyevin “Arxetipik azəri” kitabını da oxusun

Həsən Quliyev “Həya” arxetipində yazır: “Yad mühitin vəziyyətindən asılı olaraq davranışın iki yönümü mümkündür: Ya utancaqlıq fərdin hərəkətini tamamilə iflic edir və yeni şəraitə uyğunlaşmanı çətinləşdirir, ya da utancaqlıq hissinin özünü iflic vəziyyətinə salır və azərbaycanlı geniş əməliyyat meydanına çıxır; bunun nəticəsində formalaşan tip son dərəcə bayağı, sırtıq, kobud, zəhlətökən görünə bilər. 

Utancaqlığın belə bir ambivalent formada özünü biruzə verməsi birbaşa şəxsiyyətin mental keyfiyyətlərindən və əsasən yad mühitin təhriketmə xüsusiyyətindən asılıdır. Yeni adamların arasında azərbaycanlı spontan şəkildə utancaqlıq maskasını taxır və müvəqqəti olaraq öz çatışmazlıqlarını və gizli niyyətlərini gizlədir; o, utancaqlıqla özünü gözlənilməz hadisələrdən mühafizə edir və yavaş-yavaş mühitə uyğunlaşır.”

Sevinc Osmanqızı xəcalət məsələsində ambivalentliyi də itirib. İngilis müəllifinin kitabının adının ikinci tərcüməsi daha tutarldır: Bizə abır - həya lazımdırmı? Biz gündəlik həyatda cox vaxt “həyan olsun”deyirik. Mən isə deyirəm: “Həyan olsun ay qız, keçdiyin həyat yoluna bax, yalan danışma , əvvəl özünü danla, sonra başqalarına keçərsən…”

Bir dəfə tanınmış filosofların biri maraqlı bir fikir söylədi: “Əvvəl övladları atalarına görə tanıyardılar, indi ataları övladlarına görə tanıyırlar.” Aforizm dəqiq deyilib.

Allah Osman Mirzəyevə rəhmət eləsin…

Etibar Əliyev

fəlsəfə doktoru, millət vəkili

635x100

Şərhlər

Ğülnaz 2020-07-13 13:10:13

İnsanı dəhşət bürüyür. Azərbaycan mədəniyyətinə bu qədər ziyan vuran və özü kimi mənəviýatsızlarla işləyən bir nazir üovulsun, onun yan yörəsində quyruq bulayanlar kabinetlərdə otursunlar? B

BAKILI 2020-07-13 12:44:34

O da Azerbaycanin qizidır

Amil 2020-07-13 07:37:25

Sevinc xanımın şəxsiyyəti hamıya məlumdur....

miri 2020-07-13 07:08:47

Azpolitikaya: niyə şərhlərinizi yerləşdirmisiniz vəya qaycilayib kontekstdən çıxarırsınız? .....

Kirf 2020-07-12 23:14:12

Sevinc Osmanqızıda olan cəsarətin mində biri memurlarda olsun, sonra danışın. ..

natiq yaqubov 2020-07-12 22:30:49

cox deqiq yazidir, o sevincde abr heya qalmayib, milletimizin adina lekedir

miri 2020-07-12 21:37:58

Salman Rustünin xəcalət haqqında (

Ramazan SİRACOĞLU 2020-07-12 19:43:18

Sualın qoyuluşu qrammatik baxımdan yanlışdır. İsmi xəbərlə mübtəda arasında uzlaşma pozulub: “shahme” təkdə olduğu üçün “be” də təkdə -“is”- olmalıdır. Adətən, “Have you no shame?” deyir və yazırlar.

Son yazılar