Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
Baxiş sayı:
Dərc olunub:
12/07/2020 - 19:53
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvündən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
“Report” xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.
Məlum olub ki, 35 heyət üzvündən 19- u koronavirusa yoluxub.
Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.
Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Atletler kendinde hec bir mûalice yixdu !!!!