BU GÜN ÜÇ HƏRBÇİMİZ ŞƏHİD OLDU - Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı + FOTOLAR

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Sadıqov Vüqar Lətif oğlu - Ağstafanın Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüd;

Məmmədov Elşad Dönməz oğlu - Tovuzun, Ağdam kənd sakini, 1996-cı il təvəllüd;

Daşdəmirov Xəyyam Məhəmməd oğlu - İsmayıllı rayon, Balik kənd sakini, 2002-ci il təvəllüd, hərbi qulluqçu.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

635x100

Şərhlər

Eli 2020-07-13 17:19:08

Allah qeni qeni rehmet elesin mekanları cennet olsun

X 2020-07-13 15:37:58

Nur icinde yatin sehidlerimiz.Haqqiniz Azerbaycanin suyun icib coreyin yeyen sizin kimilerinin qedrin bilmeyen xalqin Malin talayan xaricde kef eden gedelerin harami olsun basda XIN i olmaqla.. Allahin leneti gelsin canlarina Haram yeyen sehid Ola bilmez

Natiq 2020-07-13 15:06:08

Tovuzdan Gədəbəydən irəvana raketlər buraxılmadı deyərdik milli hökumətimiz var gərək putin icazə verə bəsdir Allah səbrinizi kəssin nəgozləyirik

Wolf 2020-07-13 12:50:45

Salam herkese Allah wehidlerimizi rehmet etsin gozel olumdu Allah arzusunda olanlarin hamisine qismet etsin amin

Xalq 2020-07-13 11:24:57

Allah hər üç şəhidimizə rəhmət eləsin!

Elli 2020-07-13 09:23:30

Qôresen memurlar ve oqlannari ôlûb yere qirirler ??? Allah shehidlerimize rehmet elesin !!!!! Qebriniz nurla dolsun !!!! Ar olsun memurlara ve oqullarina !!! Hamsi yollayib xarice, Memedyarov kimilere ayib oldun !!!! Vetenin côreyi boqaznizdan qelsin !!!! Haram olsun sizlere !!!!! Xahish edirem yazimi derc edesiniz ....

t.ədalət 2020-07-13 07:55:29

Qəbirləri nurla dolsun!Onların qanı Rusiyanın boynundadır.

Eko 2020-07-13 06:45:11

Allah size rehmet elesin !!!!!!!! Memurlarin oqlanlarida qoy caricde kef elesinler ,,,,, Allah bôyûkdû , qaniniz yerde qalmaz inshalla!!!!

Vətəndaş 2020-07-13 01:42:47

ALLAH RƏHMƏT ELƏSİN ŞƏHİDLƏRİMİZƏ, VƏTƏN ÖVLADLARINA!

Son yazılar