Gədəbəydə əmisini öldürüb, arvadını döyən şəxs tutuldu

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

“Report” un Qərb Mərkəzinin məlumatına görə, 1988-ci təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Dəyirman Dağı kəndinin sakini, 58 yaşlı İsgəndərova Sənubər Hüseyn qızını döyərək ona ağır bədən xəsarətləri yetirib.

Daha sonra qadının həyat yoldaşı, Quru Dərə kənd sakini, 1963-cü təvəllüdü İsgəndərov Oruc Abbas oğlunu bıçaqlayaraq qətlə yetirib.

Yaralı qadın öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisəni törədən mərhumun qardaşı oğlu, 1988-ci təvəllüldlü İsgəndərov Arzu İsmayıl oğlu artıq polis tərəfindən saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar