Çindən qaçmış həkim koronavirus barədə həqiqəti danışıb

Amerika Birləşmiş Ştatlarına (ABŞ) qaçmış honkonqlu virusoloq, xanım-doktor Li-Men Yan «Foks Nyus» nəşrinə verdiyi müsahibədə Çinin koronavirus təhlükəsi barədə həqiqəti gizlətdiyini danışıb.

Qadın iddia edir ki, indi o, «yoxa çıxan» informatorlar siyahısına düşə bilər. Yan izah edib ki, onun fikrincə, Çin hakimiyyəti yeni koronavirus barədə bəyanat verməzdən əvvəl məlumatlı olub. O, həm də bildirib ki, onun rəhbərləri bu sahənin aparıcı ekspertləridir və epidemiyanın əvvəlində onun apardığı tədqiqatı qulaqardına vurublar. Qadının fikrincə, həmin tədqiqatlar insanların həyatını xilas edə bilərdi.

Virusoloq bəyan edib ki, onun dostlarından biri, Çin xəstəliklərin profilaktikası və nəzarət Mərkəzinin alimi virusun insandan insana keçdiyini Çinin və ya ÜST-nın etirafından əvvəl bilirmiş. Qadının sözlərinə görə, o, özünün bəzi kəşfləri barədə elmi rəhbərinə danışıb, amma sonuncu «yalnız başını tərpədib».

Yan danışıb ki, əvvəlcə virusu açıq müzakirə edən həkim və tədqiqatçılar birdən-birə susublar. «Həkimlər qorxunc fikir söylədilər: «Biz, bu barədə danışa bilmərik, ancaq bizə maska gəzdirmək lazımdır»» - deyə, o bildirib.

Bundan başqa, qadının virusoloq işlədiyi Honkonq Universiteti keçmiş əməkdaşının səhifəsini öz saytından silib.

Çin səfirliyində isə bildiriblər ki, heç vaxt bu adam haqqında eşitməyiblər və onun bütün dediklərini rədd ediblər.

AzPolitika.info

635x100

Şərhlər

Əliyev F. 2020-07-13 10:23:01

Bəşəriyyət nə vaxt ""qırmızı terrordan" qurtaracaq? Bu terroru bütün dünyada "5-ci kolonu" məhv edilməsə dünya məhv olacaqdır

Son yazılar