TOVUZ İSTİQAMƏTİNDƏ VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB - Artilleriya zərbələri endirilir

"Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Facebook" səhifəsində məlumat yayılıb.

"Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu adekvat tədbirlər görüb", - məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Buna cavab olaraq, düşmən qüvvələrinin hücumunun qarşısı alınıb. Döyüşlər nəticəsində Azərbaycan ordusunun üç hərbçisi şəhid olub.

635x100

Şərhlər

Kamal 2020-07-13 14:43:40

Artıq dayanmaq məğlubiyyət deməkdir! Ylnız İRƏLİ! Azərbaycan Əsgəri!

Vətəndaş 2020-07-13 14:39:12

Mwasir silahlardan istifadə edib, insan itgisinə yol verməmək lazımdır !Hanı pilotsuz uçuş aparatlar, digər alınmış ddedikləriniz urguklar.Əgər bunlar doğrudan varsa,niyə insan tələfatı baş verir?r/han; ald[qlar;m;z pilotsuz u,u. aparatlar;?dig'r qur]ular&

t.ədalət 2020-07-13 07:53:46

Rusiya gözlədiyi nəticəni almayınca təxribatlar davam edəcək.

Son yazılar