“GENİŞMİQYASLI MÜHARİBƏ BAŞLAYA BİLƏR" - "Axı nə qədər dözmək olar?" (Yenilənib)

Azərbayacanın Moskvadakı səfirliyi Ermənistanla sərhəddə, Tovuz istiqamətində iki gündür gedən şiddətli döyüşlərin irimiqyaslı hərbi əməliyyatlara keçəcəyini istisna etmir.

Belə bəyanatla səfir Polad Bülbüloğlu “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasının efirində çıxış edib. Səfirin müsahibəsinin xülasəsini “Nezavisimaya qazeta” dərc edib.

Bülbüloğlu bildirib ki, Azərbaycan dövləti işğal edilmiş Qarabağı geri qaytarmaq niyyətindədir. Onun sözlərinə görə, sərhəddə münaqişə irimiqyaslı toqquşmalara keçə bilər.

“Azərbaycan-Ermənistan sərrhədndə dünən baş verənlər nəsə yeni və sensasion deyil. Mən dəfələrlə demişəm, bu haqda prezident İlham Əliyev də deyib ki, Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət hətta Dağlıq Qarabağın özündən getmir, söhbət ondan getmir ki, kimsə oradan erməni millətinə mənsub şəxsləri qovub çıxarmaq istəyir. Söhbət Azərbaycanın 20 faiz işğal edilmiş ərazisindən gedir. Siz necə düşünürsünüz, on milyonluq əhaliyə malik olan, zəngin, infrastruktur baxımından inkişaf etmiş və yaxşı silahlanmış ölkə öz ərazisinin işğal altında qalmasına hüdudsuz zaman ərzində dözməlidir? Bu ki mümkün deyil”,-səfir deyib.

Virtualaz.org-ın məlumatına görə, Polad Bülbüloğlu qeyd edib ki, sülh danışıqları heç bir nəticə vermir. Bununla əlaqədr olaraq regionda tammiqyaslı hərbi əməliyyatların başlaması istisna deyil.

“Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, belə insidentlər qaçılmazdır. Biz bu haqda fəal döyüş əməliyyatlarının getdiyi 2016-cı ildə də demişik. Təəsüf ki, böyük ölkələr, bizim qonşularımız bu münaqişəni tormozlamağa cəhd edir ki, o sonsuzadək uzansın. Danışıqlar danışıqla xatirinə aparıla bilməz. Danışıqlar nəticə verməlidir. Əgər nəticə vermirsə o zaman təbii ki, döyüş əməliyyatları olacaq. Ona görə də lazımdır ki, mövqe birdəfəlik aydın olsun. Mən təəcüblənirəm ki, onu dinləyirlər, amma başa düşmürlər. Biz bu haqda dəfələrlə danışmışıq ki, Azərbaycan xalqı öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Söhbət işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir. Nə qədər ki, bu qoşunlar Azərbaycan ərazisindədir, belə münaqişələr davam edəcək və günün birində irimiqyaslı müharibəyə, bütün region üçün fəlakətə çevriləcək”,-Polad Bülbüloğlu belə deyib.

Səfir vurğulayıb ki, Bakı Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək. Onun sözlərinə görə, sərhəddə baş vermiş insidentdə kimin atışmanı birinci başladığı, kimin cavab verdiyi elə də önəmli deyil.

“Bütün bunlar əhəmiyyəti olmayan detallardır. Sual bundadır-niyə belə toqquşmalar baş verir? Çünki Azərbaycan əraziləri işğal edilib. Çünki xarici işğalçı qüvvə Azərbaycan ərazilərinin bir hissəsini güc yoluyla nəzarətdə saxlayır. Mən bundan utanmıram və deyirəm ki, bu münaqişəni beynəlxaq hüquq əsasında həll etməyin vaxtıdır. Beynəlxalq hüquq isə bütünlüklə Azərbaycanın tərəfindədir. Axı buna nə qədər dözmək olar? Bu təxminən ona oxşayır ki, sizin mənzilinizdə müəyyən vaxt üçün kiməsə müvəqqəti yaşamağa icazə vermisiniz, sonra isə həmin adam deyir: “Mən burada yaşamışam, mənzil mənimdir, ev sahibi, buradan rədd ol”. Bu gün Azərbaycan ordusu Ali baş komandanın qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə hazırdır. Ali baş komandan isə belə komanda vermir, çünki qan axıdılmasını istəmir. Azərbaycan dünən növbəti itkilərini verib. Biz onları gizlətmirik. Məsələni həll etmək lazımdır. Biz onu sülh yolu ilə həll etməyə hazırıq. Lakin danışıqlar xatirinə danışıqlar deyil, konkret, substansiv danışıqlar lazımdır ki, məsələni ölü nöqtədən tərpətsin. Nə qədər ki, məsələ həll edilməyib, belə hadisələr ola bilər. Və bir daha qeyd edirəm ki, bütün neqativ nəticələrlə irimiqyaslı toqquşmalara keçər”,-Bülbüloğlu deyib.

635x100

Şərhlər

Afət 2020-07-22 16:12:41

Manısdan,polisdən,müəllimdən,və bu kimi təsadüflərdən səfir olanda necə olmalıdır ki?

Türkoğlu 2020-07-14 21:16:24

Azərbaycanın 2 problemi var – rüşvətxor məmurlar və iddialı axmaqların çoxluğu...)))))))

t.ədalət 2020-07-14 18:13:55

İmzasını gizlədən adama:Əgər yaxşı bilsəydin,onda ulduz müharibəsi aparmağa nail olan ölkələrin -ABŞ və Çinin adlarını çəkərdin.İkincisi,Azərbaycan heç vaxt müharibədə məğlub olmayıb.Dediyiniz məğlubiyyəti Rusiyaya xidmət edən sizin kimi adamlar təşkil edib.Poladın anası erməni olduğuna görə (Edelya) onun Azərbaycansevər olmasına şübhə yaradır.Mən onun anasını yaxşı tanıyıram.erməni marqonun yaxın rəfiqəsi idi.Edelya gürcü deyil.Gürcüstanda doğulmuş ermənidir.Bülbüldən əvvəl əri də erməni olub.Mən türk olaraq qanı bulaşıqlara heç vaxt etibar etmirəm.Poladı və başqa qanı bulaşıqları müdafiə edənlərin də bulaşıqqanlı olduğunu görürəm.Azərbaycan həmişə erməni balalarının güdazına gedib.

t.ədalət-ə 2020-07-14 08:18:22

....))))) əvvala, hərbi- kosmik qüvvələrə malik olan ölkənin hər hansı bir şəkildə önünə çıxmaq, 90-lardakı hadisələrdən heç nə ilə fərqlənmir – ölkəni başdan başa elə şumlayarlar heç kimdə bilməz ki, bunu kim etdi;...... Sonra. Danışmaq asandır, düşünmək çətin....Gürcüstanın yaxın keçmişinə bax. Rusiya ordusu ora daxil olmamışdan bir neçə ay öncə ABŞ prezidenti şəxsən bu ölkəyə səfər etmişdi, əlini Saakaşvilinin kürəyinə vururdu, ABŞ-ın bir neçə kreyseri də Qara dənizdə üzürdü, nəticə nə oldu??? Saakaşvilinin başına torba keçirib Moskvaya aparmaqdan onu ancaq möcüzə (Avropa ölkələrinin Putindən təkidli xahişləri) xilas etdi.......Daha sonra. Polad Bülbül oğlunun Rusiyada səfir təyin olunması qeyri-adi dəqiqliklə verilmiş qərardır – ölkəmizin imicinin qorunması baxımından. Bu adamın səviyyəsi var, qarşısına qoyulmuş məsələləri həll etmək bacarıqları var, mövqeyi ölkəmizin mövqeyini ifadə edir, özü də necə dəqiqliklə və hansı ifadələrdə.....bütün bunlara xüsusi bacarıq lazımdır. Bunlara qiymət vermək üçün də ən azından səviyyə olmalıdır, kişi bala....))))))))....PS. İmzalarımı isə sənə deyə bilərəm, hamısını, amma başa düşmürəm, mənim imzam, yaxud imzalarım, sənə nə verəcək, əgər yazımdan mənim imzamı görmürsənsə??? (digər məlumatların da hamısını, dostlarından ala bilərsən, əgər onlar sənin səviyyənə hörmət edirlərsə)....PPS. nəhayət sənin fəxrlə mühüribədə iştirak etməyini qeyd etməyin......mən şəxsən utanardım biabırçı məğlubiyyətlərdə iştirakımı qeyd etməyə, özüdə fəxrlə....

oxucu 2020-07-14 00:14:54

Cənab səfir siz pensiyaya getsəydiz lap yaxşı olardı.Birinci siz çox halsiz,laqeyd görünürsüz.əlbəttə qocalıq öz işini görüb.ikinci də imkan verin cavanlar işləsin.mən sizin oxumağınızın fanatıyam,ancaq səfir kimi yox.

t.ədalət 2020-07-13 23:03:27

Polad Bülbüloğluna demək istəyirəm ki,Azərbaycan xalqı həmişə düşmənə qarşı olub.Biz bu döyüş yolunu keçmişik..

t.ədalət 2020-07-13 21:36:35

Üzünü mənə tutan səviyyəsizə demək istəyirəm ki,müharibə edib-etməmək qərarı dövlət başçısının səlahiyyətinə daxildir.Kiminsə boş-boşuna fikir yürütməsi səviyyəsizlikdən başqa bir şey deyildir.Kişisənsə imzanı gizlətmə.Görünür,ya fərarisən,ya da övladını xidmətdən gizlədən.

Türkoğlu 2020-07-13 21:20:12

Политика, есть «искусство возможного» - Отто фон Бисмарка..... Lavrovun kifəyət qədər sərt (hədələyici) və “Kalinka”-nın erotik rəqqasəsinin açıq-aşkar ironiyalı bəyanatları aydın mesajdır ki,......“çaşmayın, birdən elə fikirləşərsiz ki, ayı yatıb, ya da can üstündədir, elə deyil”....

ВЭТЭНДАШЫ 2020-07-13 19:26:07

давно нам предлагают сделать вывор между вайной и безчестием, если примим безчестия, то обязательно поличим войну--Черчелл

t.ədalət-ə 2020-07-13 17:49:23

Bu səviyyədə demirəm, bunun ondan biri səviyyəsində çıxış hazırla, özüdə ruslar üçün, yaxud beynəlxalq mətbuat üçün yox (səviyyən deyil!!!) daxili mətbuat üçün...indi isə çıxışa bax: https://www.youtube.com/watch?v=LOZBmgDOutI

t.ədalətə 2020-07-13 17:17:57

Siyasi satquş? İşğalçı hərbin vurulmasına QARŞI çıxan hüquq və dövlət də işğalçıdır!

Xalq 2020-07-13 16:17:31

İndi Rusiya var deyə biz torpaqlarımızdan vaz keçməliyik? Mütləq müharibə mesajı verilməlidir və torpaqlar geri alnmalıdır.

t.ədalətə 2020-07-13 16:06:21

Siyasi satquş? İşğalçı hərbin vurulmasına çıxan hüquq və dövlət də işğalçıdır!

t.ədalət 2020-07-13 14:19:58

Rusiyanın mənafeyi istiqamətində danışır.Bizimlə açıq müharibə etməyə çalışan Rusiya ilə döyüşmək lazımdırmı?

Pərviz 2020-07-13 13:18:26

Cənab səfir,sizə sözüm."Sən yerində deyilsən".

Son yazılar