“ERMƏNİSTAN AĞLINI BAŞINA YIĞSIN...” - "Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” + VİDEO

“Ermənistan ağılını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ermənistan xaincə bir hücum etdi və 4 qardaşımız şəhid oldu. Buradan bunu demək istəyirəm ki, Ermənistan xüsusilə yeni münaqişə yerləri yaratmaq istəyir. Ermənistan bu günədək məsələnin siyasi həllinə yaxın durmadı. Ermənistan bu günədək heç bir həll yoluna yaxın durmayıb”, - o, əlavə edib.

Nazir bu münaqişədə Türkiyənin Azərbaycanın yanında olduğunu xüsusilə vurğulayıb: “Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına yığsın. Azərbaycan yalnız deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

M.Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyü üçün lazımi bütün dəstəyi verəcəyini də bildirib: “Azərbaycan işğal altında olan torpaqlar və Qarabağ mövzusunda hansı həll yolunu seçərsə, biz Azərbaycanın yanında olacağıq”.

635x100

Şərhlər

Millət 2020-07-13 17:27:35

Türkiyə ilə hərbi müqavilə bağlayıb müharibəni davam etmək lazımdır. Müqavilə bağlansa Rusiya da oturacaq yerində.

X 2020-07-13 15:57:56

Vallah biz sece bilmirik. Secseydik 30 ildi havaya ucurmazdiq. Allahdan asagi sizsiz bizim xilaskarimiz. Muselmanin terefin ermeni kafirlerine satanlara Allahin leneti olsun

Cahangir Nabiyev 2020-07-13 14:17:36

Han; sevimlilərin sevimli, şovinist molla rejimi, adı müsəlman xisləti erməni olan iran ...

Xalq 2020-07-13 14:10:31

Qardaş Türkiyə ilə çiyin-çiyinə karapeti tapdalayacağıq inşaallah!

t.ədalət 2020-07-13 14:09:23

Doğma və əziz Türkiyə sən olmasan bizi Rusiya didib parçalayar.

Son yazılar