115 kubalı həkim Azərbaycana gəldi

COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana dəstək üçün 115 nəfər kubalı həkim artıq paytaxtdadır.

“Report” xəbər verir ki, həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi.

635x100

Şərhlər

Tahir 2020-07-13 16:02:41

Kubanın səhiyyə nazirini də gətizdirsələr lap əla olardı. Çünki bizdəki inə işləmir, nə tapılmır, nə də ölməyincə onu işdən heeeeççç kim çıxarmayacaq.LAP BÜTÜN AZƏRBAYCAN QIRILIB QURTARSA DA,u ə

Səid 2020-07-13 15:45:31

Bu günləri də gördük. Kubalı həkimlər Azərbaycan həkimlərinə "dərs" keçəcək. Daha ləkələr görəcəyik görəsən?!

Son yazılar