Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

635x100

Şərhlər

ANAR 2020-07-13 17:35:02

Kecinin əcəli catanda baçını comağa sürtər. bunların baçı əzilməlidir bütün istiqamətlərdə

Eko 2020-07-13 17:29:36

Ne qeder .... Ayibdiyeee Vallahi

Son yazılar