“Qarşıdurmanı dayandırmağa, gərginliyi azaltmağa çağırırıq” - Avropa İttifaqı bəyanat verdi

Avropa Birliyi iyulun 12-13-də Azərbaycan və Ermənistan sərhədində baş vermiş insidentlə bağlı bəyanat yayıb.

“Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır. Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin bərpasının mümkün qədər tez bərpasının vacibliyini göstərir”, – AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stanonun adından yayılmış bəyanatda deyilir.

“AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır”, – bəyanatda vurğulanır.

635x100

Şərhlər

Əli 2020-07-13 19:19:02

AB bir kəlmə də demir ki, karapet Qarabağdan çıx. Görəsən niyə?

Nazim 2020-07-13 18:21:27

30 ildir sülh deyirlər.Öz itlərinə bir dəfədə ay it geri dur deyən yoxdur.Ona görə itə gərək çomaq dəysin!

Nazim 2020-07-13 18:19:03

Hansı sülhdən danışırlàr

Son yazılar