TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA YARATMALIDIR! - Zaman yetişib...

Azərbaycanın əsas strateji müttəfqinin Türkiyə olduğu bir daha sübut olundu. Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda sərhəddəki son insidentlə bağlı birmənalı Azərbaycanı müdafiə etdi, Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Ermənistan ağlını başına toplasın” sözləri ilə günə damğasını vurdu.

Mövlud Çavuşoğlunun bir cümləsi də diqqəti çəkdi. Türkiyənin Xarici İşlər naziri dedi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq. Mövlud Çavuşoğlu bu cümlə ilə demək istədi ki, bir gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək.

Türkiyə hazırda Liviyada iki hərbi baza formalaşdırmağa başlayıb. Türkiyəni Aralıq dənizində sıxışdırmaq istəyən dövlətlər var. Türkiyə son illərdə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bu ölkə eyni zamanda sərhədlərindən kənarda 3 ölkədə - İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Bu, Türkiyənin bölgədə hərbi bazalar yaratmasını da aktuallaşdırır. Vaxtilə deyirdilər ki, Türkiyə NATO üzvü olduğundan qurumun kollektiv icazəsi olmadan başqa ölkədə hərbi baza yarada bilməz. Ankara bu arqumenti Qətərdə hərbi baza yaratmaqla ortadan qaldırdı. Həmin hərbi bazalar ilk növbədə Qətərin özünə lazım idi. Çünki bir neçə il əvvəl Qətərin qonşu ərəb dövlətləriylə münasibətləri gərginləşdi. Səudiyyə Ərəbistanı Qətərə qarşı bir neçə maddəlik ultimatum irəli sürdü, ətrafında ittifaq yaratmaqla Dohaya qarşı sanksiyalar tətbiq etdi. Türkiyə Qətərdə hərbi baza yaratmasaydı, Dohanın ciddi təhlükəsizlik problemləri yaranacaqdı. Türkiyənin Qətərdəki hərbi bazası Ankaranın bölgədə artan roluna işarə idi. Bundan sonra Türkiyə İraqda PKK ilə mübarizə aparmaq üçün dağ massivlərində hərbi postlar yaratdı. Əslində həmin postları da kiçik hərbi bazalar hesab etmək olar. Türkiyə Somaliyə humanitar və iqtisadi yardım etdikdən sonra bu Afrika ölkəsi ilə hərbi əməkdaşlıq imkanlarını hərəkətə gətirdi. Türkiyənin Suriyada hərbi varlığı da inkarolunmaz faktdır.

Hazırda Türkiyə Liviyada möhkəmlənir. Keçmişdə bəziləri deyirdi ki, Türkiyənin Liviyada və ya Suriyada nə işi var? Bu sual hazırda aktuallığını itirib, Türkiyədə hakimiyyətə müxalif olanlar belə anlamağa başlayıblar ki, Türkiyə İraqda, Suriyada, Liviyada və Somalidə hərbi varlığını ortaya qoymasa, oralarda Türkiyəni qəbul etməyən dövlətlərin hərbi bazaları olacaq və bu amil Türkiyə üçün gələcəkdə ciddi təhdidə çevriləcək. Bu baş verməsin və Türkiyənin bölgədəki rolu hamıya aydın olsun deyən Ankara dost dövlətlər və qüvvələrlə hərbi əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük verir və bu strateji baxımdan doğru siyasətdir.

Türkiyənin hərbi baza quracağı növbəti ölkə Azərbaycan olmalıdır. Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Biz Ermənistanla qarşı-qarşıya qalsaq, Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması məsələsini çoxdan həll etmişdik, bunu ermənilərin özləri də etiraf edirlər. Ancaq Ermənistanın arxasında Kreml və Rusiyanın Ermənistandakı hərbi bazaları dayanır.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da son müsahibəsində etiraf etdi ki, 2016-cl ilin aprel savaşının 4-cü günündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona zəng etdi və hücumu dayandırmağı xahiş etdi. Yəni bu zəng olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Bu, ondan xəbər verir ki, növbəti savaşda Rusiya yenidən bizə torpaqlarımızı azad etməyə mane olacaq. Biz bu əngəllərə rəğmən, döyüşləri davam etdirsək, Rusiyanın Ermənistandakı hərbi bazaları 1990-cı illərin əvvəllərində olduğu kimi erməni separatçılarına dəstək verəcəklər. Bunun qarşısını almağın yolu, Türkiyənin Liviyada olduğu kimi, Azərbaycanda iki hərbi bazasının yaradılmasından keçir.

Birinci baza Naxçıvanda, digəri Abşeronda formalaşdırılmalıdır. Türkiyənin Abşeronda hərbi hava qüvvələrini yerləşdirməsi zəruridir. Bu, həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi mesaj olacaq. Biz də təhlükəsizliyimizə təminat almış olarıq ki, kimsə Azərbaycana hücum etməyəcək, dövlətimizi bölməyə çalışmayacaq. Bəziləri bu fikrin əleyhinə çıxaraq deyir ki, guya Türkiyə Azərbaycanda hərbi bazalar yaratsa, biz qardaş dövlətin təsiri altına düşəcək və ondan asılı olacağıq. Əlbəttə, hərbi bazaların yaradılması halında Türkiyədən asılılığımızın artacağını istisna etmirəm. Aydındır ki, bir dövlət səni qoruyursa, həmin dövlətin maraq və istəklərini nəzərə almalısan. Ancaq hazırki vəziyyətdə hesab edirəm ki, bizim üçün vacib olan dövlətimizin təhlükəsizliyini sonsuzadək təminat altına almaq və işğalçıya, o cümlədən onun arxasındakı dövlətlərə və güclərə göz dağı verməkdir. Biz tək Ermənistanla bacararıq, ancaq onun arxasındakı güclərə müqavimət göstərmək üçün Türkiyənin yardımına ehtiyacımız var. Bunun yolunda xarici və təhlükəsizlik siyasətini Türkiyə ilə uzlaşdırmağa dəyər. Məgər Türkiyənin hərbi bazalarının var olduğu Qətər Ankaradan tam asılı vəziyyətə düşüb? Bəli, bunun qarşlığında Qətər Türkiyəyə milyardlarla dollar yatırım qoymağa boyun olub. Ona qalsa Azərbaycan hərbi bazalar mövzusu olmadan da Türkiyəyə ən böyük yatırım qoyan ölkələrdəndir. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmasına heç nə mane olmur, yetər ki, biz bunu istəyək.

Elxan Şahinoğlu, 

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Eli 2020-08-16 23:30:13

Düzdür Türkiyye faktoru helledivi rol oynayır ancaq biz servaxt olmalıyıq

Eli 2020-08-16 23:14:44

Çox düz deyir Şaiq müellim,haqlıdır

Eli 2020-08-16 23:14:44

Çox düz deyir Şaiq müellim,haqlıdır

vuqar 2020-07-15 11:36:18

VAH|D K0MANDANL|Q ALT|NDA 200-250 M|NL|K 0RDULE BU MESELEN| K0KUNDEN HELL ETMEL|Y|K NE QEDERK| Q0NSU ERMEN|D| BUNUN YEGANE HELL| GUC Y0LUDU BUTUN K0MP0NENTLERDE B|Z GUCLUYUK SADECE BUNU BACARAN L|DER ADAMLARA EHT|YAC|M|Z VAR!

Şaiq 2020-07-15 08:58:07

TÜRKİYƏ İLƏ ARAMIZDA OLAN MƏSAFƏ AZ OLDUĞUNDAN BAZA YARATMADAN DA, 3 - 4 YERDƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNIN AY ULDUZLU BAYRAĞI DALĞALANAN POST QURMAQ DA KİFAYƏTDİR. BU HALDA BİZ NƏ QAZANACAĞIQ: 1. TEZ BIR ZAMANDA QARABAĞI AZAD EDƏCƏYİK. 2. RUSİYANIN BUXOVUNDAN BİRDƏFƏLİK QURTULACAĞIQ. 3. CƏNUBLU QARDAŞLARIMIZA ....... ƏKS HALDA İTİRƏCƏYİMİZ ÇOX ŞEY OLACAQ. ƏKS ARQUMENTİ OLAN VARSA YAZSIN.

İlham 2020-07-15 01:52:37

Afərin sizə Elxan m. Yazılarınızı daim oxuyuram. Haqlısınız..Amma yaman gecikmişik bu işdə. Türkiyə bu gün super gücdür. Qardaşlarımız təmənnasız olaraq bizə yardım edəcəklər. Əmin ola bilərik. Bu işə..BİSMİLLAH

Şaiq 2020-07-14 17:09:33

RUSİYANIN ƏN MƏŞHUR TELEJURNALİSTI A. Q. NEVZOROVDAN SİTAT: QARABAĞDA AZƏRBAYCAN ƏSKƏRLƏRİ İLƏ BİRLİKDƏ İDİM. ÇƏKİLİŞLƏR APARAN ZAMAN MƏNİ RUS DİLİNDƏ QLEBOVİÇ ( ATASININ ADI ) BİZ TƏRƏFƏ KEÇ SƏNƏ GÜLLƏ DƏYƏ BİLƏR DEYƏ SƏSLƏNDİLƏR. KİM OLDUQLARINI SORUŞDUQDA PSKOV DESANT DİVİZİYASINDAN OLDUQLARINI DEDİLƏR. ................MƏNİM ŞƏRTİMİ QƏBUL ETDİKLƏRİ ÜÇÜN ONLAR TƏRƏFƏ KEÇDİM..

İsmayıl 2020-07-14 15:13:06

Bu başqa məsələ

X 2020-07-14 15:10:15

Cixis yolumuzdu dogru yolumuzdu. Ermeni isgali rus vassaligi kime serf edir ermeniqanlilara

Şaiq 2020-07-14 13:35:41

BİZİM TORPAQLARIMIZ RUS ORDUSUNUN KÖMƏYıİ İLƏ İŞĞAL OLUNUB. DƏFƏLƏRLƏ YAZMIŞAM Kİ, TÜRKİYƏ OLMASAYDI AZƏRBAYCAN DÖVLƏTİ ÇOXDAN XƏRİTƏDƏN SİLİNMİŞDİR. BORU KƏMƏRLƏRİNİ DƏ ONLARIN KÖMƏYİ İLƏ REALLAŞDIRDIQ. QARABAĞI DÖYÜŞƏRƏK AZAD ETMƏK İSTƏYƏN ÇOXSAYLI TÜRK QARDAŞLARIMIZLA MÜNASİBƏTİM OLUB. DÜŞÜNÜRƏM Kİ, ŞANLI TÜRKİYYƏ CÜMHURİYYƏTİ HEÇ BIR TƏMƏNNA GÜDMƏDƏN BAZANI YARADACAQ. QARDAŞ QARDAŞDAN TƏMƏNNA GÜDMƏZ, BUNUN NURU PAŞA TİMSALINDA ÖRNƏYİ VAR. BAZANIN YARADILMASI CƏNUBLU QARDAŞLARIMIZA ÇOX BÖYÜK STİMUL VERƏCƏK.

t.ədalət 2020-07-14 13:33:57

Biz Rusiyanın casuslarından xilas olmalı,Türkiyə ilə ilişkilərimizi möhkəmlətməliyik.Belə olsa düşmən də geri çəkilər.

Xalq 2020-07-14 13:32:12

İndi Türkiyə bazaları yaranması üçün Azərbaycan müraciət etməlidir. Geciksək dövlətimiz dağılacaq, millətimizi ölkəmizdən qovub pərən-pərən salacaqlar. Tez müraciət etmək lazımdır.

vidadi goyce 2020-07-14 13:17:01

bu gun tez, sabah ise gecdir, indi yaradilmalidir

Ədalət 2020-07-14 12:49:48

Çox DÜZGÜN fikir dir.Zaman bunu tələb edir.

Son yazılar