Gürcüstanda 63 TIR sürücüsündə COVID-19 təsdiqlənib

Gürcüstanda son 4 həftə ərzində 63 yük maşını sürücüsündə koronavirus aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərin görə, ölkəyə daxil olan sürücülər arasında COVID-19-u sürətlə aşkarlayan testlər aparılır: "Şübhəli hallar olanda PCR testi tətbiq olunur. Viruslu sürücülər dərhal müəyyən olunur və yayılmanın qarşısı alınır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar