Nəqliyyat müfəttişləri yenə sürücüləri döydü

Bu gün Bakının Qaradağ rayonu ərazisində, “Binə” Ticarət Mərkəzindən Bakı-Qazax magistralına çıxan yoldakı dayanacaqda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücülər arasında dava olub. Bu barədə Gunxeber.com-a hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, nəqliyyat müfəttişləri dayanacadakı taksilərin sahiblərinə və şəhərdən rayonlara gedən maşını saxlayıb yol üstü müştəri götürmək istəyən sürücülərə hücum edərək onları dağıtmağa çalışıblar. bu zaman onların arasında ciddi qarşıdurma baş verib. Nəqliyyat müfəttişləri sürücüləri döuyblər. nəticədə sürücülərdən bir neçəsinə ciddi xəsarət yetiritlib. Taksi sürücülərindən Qarabağ əlili, vaxtilə erməni əsirliyində olmuş Murad adlı Ağcabədi sakini daha ağır xəsarət alıb və onun halı pisləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar