"Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək" - XİN

Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınıb, düşmən qüvvələri adekvat cavab zərbələri ilə üzləşib. Bu gün ərzində bölgədə gərgin vəziyyət davam edib və Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, Ermənistan silahlı qüvvələri 13 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alıb. Bu əməli ilə Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib:

"2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.

Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycanlı mülki əhali arasında hələ ki, itki yoxdur və düşmənin bütün həmlələrinin qarşısı müvafiq şəkildə alınır. Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.

Təcavüzkar siyasətini davam etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirməyə çalışan Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir".

635x100

Şərhlər

Sisyandan BMTqədər saymır! 2020-07-14 10:48:08

1988-dən akta qədər işğal edib. Xalqın mülkünü 26 il qəti tələb edən də yoxdur?

Eko 2020-07-14 06:29:42

Kecmish qackinkomun nevesi hardadi ? 2 adamin heyatina son qoydu hec 2 il yatmadi !! Qetsin vurushsundaaaaa Qetsinnerde cephe bôlqesine memur ôvladlari ???!!! Niye qetmirker??? Siziynenem ???

14.06.1988ci il Fərmanı ilə 2020-07-14 02:02:09

Ermənistanın rəsmi işğalı 32 ildir BMT başda heç qurumu saymır?

Son yazılar