Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır
Baxiş sayı:
Dərc olunub:
14/07/2020 - 09:43
Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 999-a, sağalanların sayı isə 870-ə çatıb. Xəstəliyə tutulanların 15-i vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.