Selə görə bağlanan Xınalıq yolu açıldı - FOTO

Ötən gün Qubaya yağan güclü leysan yağışları nəticəsidə bağlanan Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.

Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar