Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatır
Baxiş sayı:
Dərc olunub:
14/07/2020 - 11:53
Rusiyada son bir gündə daha 6 248 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 739 947 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 175 nəfər artaraq 11 614-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 512 825 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 613 nəfər.
Ölkə
Son yazılar
14:06
“Yardımın böyük hissəsi Almaniya və Polşadakı anbarlardadır” – “Artilleriya aclığı çəkirik...”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.